Erməni redaktorun qətlini araşdıran məhkəmədə siyasi rənglər

Erməni redaktorun qətlini araşdıran məhkəmədə siyasi rənglər
Erməni redaktorun qətlini araşdıran məhkəmədə siyasi rənglər İstanbulda qətlə yetirilən ermənidilli "Ağos" qəzetinin Baş redaktoru Hrant Dinkin qətlilə bağlı ilk dəfə açıq məhkəmə iclası keçirildi. Türkiyə mətbuatında çox diqqət çəkən məlumatlar dərc edildi. Dinkin qətlində təqrsirləndirilən şəxsin adı da 18 yaşına çatdığına görə artıq açıqlanır və məhkəmə ifadələri də xəbər kimi yayılır. Əsas təqsirli bilinən Ogün Samastdır. Bu prosesdə artıq 19 nəfər günahlandırılır ki, onlardan 6-sı ötən ildən azadlıqdan məhrum edilib. Məhkəmədən əvvəl belə məlumatlar yayılırdı ki, təqsirləndirilən şəxslərdən bəziləri bir neçə dövlət müəsissəsindən davamlı əməkhaqqı alıblar. Amma məhkəmə zamanı bunların yalan olduğunu bildirilib. Məlum olur ki, Ogün Samast “Agos” qəzeti ilə bağlı əvvəlcədən bir sıra araşdırmalar aparıb. Şahid ifadəsində söylənəlib ki, əslində Dinki 17 yaşlı gənc yox, başqaları öldürmək istəyirmiş. Planın sonradan niyə dəyişməsi isə məlum olmadı. Qeyd edək ki, təqsirləndirilən şəxslərdən Yasin Hayal fasilə vaxtı pəncərədən başını çıxararaq "Yaşasın BBP və yaşasın Alperen dərnəkləri, hakimiyyətə gəlirik" deyə qışqırmağa başlayıb. Bu artıq ortaya siyasi çalarların çıxdığını göstərir. BBP başqanı Muhsin Yazıcıoğlu isə bunu özlərinə qarşı təxribat kimi qiymətləndirib.  yenisharq

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN