Ermənilər demoqrafik fəlakətdən qaçmaq istəyirlər

Ermənilər demoqrafik fəlakətdən qaçmaq istəyirlər
Ermənilər demoqrafik fəlakətdən qaçmaq istəyirlər Əlövsət Əliyev: "Ermənistanda da, Gürcüstanda da ciddi demoqrafik problemlər mövcuddur, bu cür bəyanatların səslənməsi dövlətin diqqətini bu problemə diqqətini cəlb etməyə yönəlib" Ermənistanın səhiyyə sahəsində proqramların gerçəkləşdirilməsi üzrə Agentliyin direktoru Sergey Xaçatryan son illər ərzində aparılan araşdırmalar nəticəsində Ermənistanda sonsuz ailələrin sayının 32 faiz təşkil etdiyi bildirib. Ermənistandakı sonsuzluq göstəriciləri ABŞ, Qərbi Avropa, Rusiya və digər region ölkələrini dəfələrlə üstələyir. Bu ölkədə sonsuzluğun səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatının müəyyənləşdirdiyi böhran həddindən iki dəfə çoxdur. Rəvan Məmmədli Ermənistan əhalisinin üçdə bir hissəsinin sonsuz olmasını ölkədə demoqrafik vəziyyətin acınacaqlı hala düşməsinə səbəb olub. Ermənistan mətbuatı ölkədə demoqrafik durumun kəskinləşməsini sosial-iqtisadi vəziyyətin ağırlığı, gənclərin kütləvi miqrasiyası, səhiyyə sahəsində yaranmış problemlərlə əlaqələndirir. Məsələylə bağlı fikirlərini öyrəndiyimiz Miqrantlara Hüquqi Yardım Mərkəzinin direktoru Əlövsət Əliyev deyir ki, hələ sovetlər dönəmindən başlayaraq Ermənistanda demoqrafik durumun ağırlaşması erməni mütəxəssislərin daim diqqətini cəlb edib. Onun sözlərinə görə, başqa ölkələrlə, xüsusən Azərbaycanla müqayisədə həmişə bu ölkədə doğuşun səviyyəsi ölümlə müqayisədə azalan xətt üzrə inkişafda olub. Erməni QHT-ləri, dövlət strukturları bu məsələni daim diqqətdə saxlamağa çalışırlar ki, saylarının azalması prosesi baş verməsin. Ona görə də həm Ermənistan, həm də demoqrafik sahədə problemləri olan Gürcüstan zaman-zaman başqa etnik qrupların "təmizlənməsi" siyasəti aparmağa çalışıblar: "Ermənistanda da, Gürcüstanda da ciddi demoqrafik problemlər mövcuddur. Bu cür bəyanatların səslənməsi də əhalinin sayının azalmasının qarşısını almağa, dövlətin diqqətini bu problemə diqqətini cəlb etməyə yönəlib". Miqrantlara Hüquqi Yardım Mərkəzinin direktorunda olan məlumata görə, Azərbaycandan fərqli olaraq bu yaxınlarda Ermənistanda çoxuşaqlı ailələrə, doğuşa görə yardımların miqdarının artırılması gündəmə gəlib. Yəni çalışırlar ki, doğum hallarının azalması maddi vəziyyətlə bağlı olmasın. Başqa sözlə, maddi həvəslənmə tədbiri həyata keçirirlər. Əlövsət Əliyev dedi ki, əslində haqqında söhbət gedən 32 faiz sonsuz insanlar deyil. Söhbət rəsmi nikaha daxil olmuş, ancaq doğum olmayan ailələrdir. Evləndikdən 1 il ötdükdən sonra uşaqları olmayanlara sonsuz ailələr deyirlər: "Ola bilər ki, bu rəqəmlərdə müəyyən şişirtmələr də olsun. Sadəcə, Ermənistan hökumətinin diqqətini bu problemə yönəltmək istəyirlər. Bəzən QHT-lər, dövlət orqanları şişirdilmiş rəqəmlər söyləməklə bu diqqəti yönəltməyi üstün tuturlar". xalqcebhesi

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN