İrəvanda oturaq aksiya iştirakçılarından biri oğurlanıb

İrəvanda oturaq aksiya iştirakçılarından biri oğurlanıb
İrəvanda oturaq aksiya iştirakçılarından biri oğurlanıb İrəvanın mərkəzində Abovyan-Tumanyan küçələrinin kəsişməsində yerli vaxtla saat 15.15-da naməlum şəxslər “Mercedes” markalı avtobillə gələrək oturaq aksiya keçirənlərdən birini oğurlayıblar. "Armtoday" informasiya agentliyinin məlumatına görə, oğurlanan şəxs ümummilli hərəkatın fəallarından olan Arsen Nersesyandır. Naməlum şəxslər daha iki aksiya iştirakçısını oğrulamaq istəsələr də alınmayıb. Ümummilli hərəkat oğruların tapılması və cinayətə cəlb edilməsi üçün polisə müraciət edib. Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvanda, Şimal prospektində iyulun 4-dən müxalifət tərəfdarlarının bütün sutka ərzində oturaq aksiyası davam edir. Müxalifət ayın sonuna qədər aksiyanı davam etdirəcəyini bildirib və tələblərinin yerinə yetirilməsi ilə bağlı prezident Serj Sarkisyana bu ayın sonuna qədər vaxt verib. Müxalifət lideri, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bildirib ki, əgər irəli sürülən tələblər yerinə yetirilməsə, avqustun 1-də keçirilməsi planlaşdırılan ümumrespublika mitinqində müxalifət Serj Sarkisyanın təcili istefasını və növbədənkənar prezident seçkisinin keçirilməsini tələb edəcək. "Avqustun 1-nə kimi Sarkisyan bütün siyasi məhbusları azad etməli, müxalifət tərəfdarlarına, o cümlədən sahibkarlara qarşı polis və vergi terrorunun qarşısını almaq üçün addımlar atmalıdır. Bizim ultimatumlar arasında 1 mart hadisələrinin təşkilatçılarının, eləcə də Ermənistanın eks-prezidenti Robert Koçaryanın tez bir zamanda məsuliyyətə cəlb edilməsi tələbi də var", deyə L.Ter-Petrosyan bildirib. Bundan əlavə müxalifət həmçinin baş nazirin müavini Armen Qevorkyanın, prezident adminstarsiyasının rəhbəri Ovik Abramyanın, baş prokuror Avqan Ovsepyanın, milli təhlükəsizlik xidmətinin rəisi Qorik Akopyanın və İctimai Teleradio Şurasının rəhbəri Alekan Arutyanın istefasını tələb edib. ANS PRESS 

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN