Kərəcin Qızılhasar zindanında intihar edən 2 məhbusdan biri ölüb, biri isə komaya düşüb

Kərəcin Qızılhasar zindanında intihar edən 2 məhbusdan biri ölüb, biri isə komaya düşüb
 GünAzTV: İranın Kərəc şəhərinin zindanında saxlanılan, müxtəlif ittihamlara görə edama məhkum edilən və hər an ölüm hökmünün icrasını gözləyən 2 məhbus, keçirdikləri ağır stress nəticəsində intihar edib.

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, son həftələrdə Qızılhasar zindanında baş verən kütləvi edamların mənfi təsirindən əsəb ağır gərginliyi keçirən, dərin stresə düşərək barələrində çıxarılan ölüm hökmünün hər an icra oluna biləcəyi fikrindən əziyyət çəkən məhbuslar, oktyabrın 26-da intihar edib. Bildirilir ki, intihar nəticəsində soyadı bilinməyən Nayib adlı məhbus həyatını itirib, digər məhbus Heydər Teymuri isə dərin komaya düşüb. Onların hansı yolla intihara əl atdığı barədə məlumat yayılmayıb.

Son illər İranda edamların sayının kəskin artması beynəlxalq hüquq müdafiəçilərinin ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası, dünyada öz vətəndaşlarına çıxardığı ölüm hökmlərinin sayına görə, Çindən sonra ikinci yeri tutur.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN