Litvinenkonun ölümündə Putinin əli olub

Litvinenkonun ölümündə Putinin əli olub
Litvinenko 2006-cı ildə Londonda radioaktiv maddədən zəhərlənmə diaqnozu ilə vəfat edib «Litvinenkonun ölümündə Putinin əli olub» «Ciddi göstəricilər var ki, Litvinenkonun ölümündə keçmiş prezident Vladimr Putinin əli olub». Bunu BBC-yə müsahibəsində Britaniya təhlükəsizlik xidmətinin əməkdaşı deyib. BBC müsahibin adını gizli saxlayır. Məlumat ötən gecə BBC-nin «Newsnight» proqramında yayılıb. Hələlik Kreml məsələyə şərh verməyib. Keçmiş rus casusu Aleksandr Litvinenko Kremli kəskin tənqid edirdi. O, Londonda sığınacaq almışdı. Litvinenko 2006-cı ildə Londonda radioaktiv maddədən zəhərlənmə diaqnozu ilə vəfat edib. azadliqradiosu

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN