Müxalifət Əbülfəz Elçibəyin 70 illik yubileyinə hazırlaşır

Müxalifət Əbülfəz Elçibəyin 70 illik yubileyinə hazırlaşır
Müxalifət Əbülfəz Elçibəyin 70 illik yubileyinə hazırlaşır Azərbaycanın bir sıra siyasi təşkilatları Əbülfəz Elçibəyin anadan olmasının 70 illik yubileyi münasibətilə tədbirlər keçirəcəklər. Klassik Xalq Cəbhəsi Partiyasından (KXCP) verilən məlumata görə, Elçibəyin doğulduğu Ordubad rayonunun Kələki kəndində partiyanın rayon təşkilatının təşəbbüsü ilə anım mərasimi təşkil olunacaq. Bundan başqa, mərhum prezidentin həyatı ilə bağlı xüsusi buraxılış nəşr ediləcək, iyunun 6-da KXCP qərargahında şahmat turniri keçiriləcək, Elçibəyin anadan olduğu gün - iyunun 24-də isə partiya üzvləri sabiq prezidentin məzarını ziyarətə gedəcəklər. Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mehman Cavadoğlu bildirib ki, partiyanın təşəbbüsü ilə Elçibəy Forumunun keçirilməsi nəzərdə tutulub: “Partiyanın Məclisi Elçibəyin 70 illik yubileyinin keçirilməsi ilə bağlı qərar qəbul edib və Divan bu qərara əsasən tədbirlər planı hazırlayacaq”. AXCP sədrinin müavini Həsən Kərimov deyib ki, iyunun 24-də “Əbülfəz Elçibəyin milli azadlıq hərəkatında rolu və prezidentlik dövrü” mövzusunda konfrans keçiriləcək. O, partiyanın qərargahı olmadığından, geniş miqyaslı tədbirlər planı keçirə bilməyəcəklərini vurğulayıb. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli isə Elçibəyin həyat və fəaliyyətindən bəhs edən kitab hazırlandığını söyləyib. O bildirib ki, iyunun 24-də partiyanın təsisçiliyi ilə hazırlanan kitabın təqdimatı olacaq: “Bundan başqa, Elçibəylə bağlı bir sıra elmi-praktik konfranslar da keçiriləcək”. express

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN