PKK liderlərindən Fehman Hüseyn ağır yaralanıb

PKK liderlərindən Fehman Hüseyn ağır yaralanıb
PKK liderlərindən Fehman Hüseyn ağır yaralanıb Türkiyə ordusunun Şimali İraqda həyata keçirdityi son hava əməliyyatı zamanı PKK-nın silahlı qanadının liderlərindən biri, Behoz Erdal ləqəbli Fehman Hüseyn ağır yaralanıb. İraqın Ərbil şəhərindəki mənbənin bildirdiyinə görə, terrorçu aldığı yaradan ola bilsin ki, ölüb. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahından bildirilib ki, Diyarbəkırdən qalxan hərbi təyyarələrin həyata keçirdiyi əməliyyatda çox sayda terrorçu məhv edilib. "Üç nöqtə" ----------------------------------------------------------------- Gürcüstan ordusu 5 min nəfər artacaq Gürcüstan parlamenti Silahlı Qüvvələrin şəxsi heyətinin 32 min nəfərdən 37 min nəfərədək artırmağı planlaşdırır. APA-nın məlumatına görə, parlamentin müdafiə və təhlükəsizlik komitəsinin sədri Qivi Tarqamadze bildirib ki, ordunun şəxsi heyətinin artırılması zərurəti Rusiyanın Gürcüstan ərazilərinə aqressiv siyasəti ilə əlaqədardır. Parlamentdə keçiriləcək müzakirələr Gürcüstanın Rusiyadakı səfiri Erosi Kiçmarişvili də dəvət olunub. Müzakirələr qapalı keçiriləcək.

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN