"Qarakilsə" UNESCO-nun siyahısına salına bilər

"Qarakilsə" UNESCO-nun siyahısına salına bilər İran əvvəllər rədd edilən müraciəti təkrar göndərib İran Qərbi Azərbaycan vilayətində yerləşən "Qarakilsə" monastr kompleksinin UNESCO-nun mədəni irs siyahısına salınması üçün müraicət edib. Bu İranın UNESCO-da qeyiyyata saldırmaq istədiyi 9-cu abidədir. UNESCO-nun Dünya İrs Komitəsi 8 gün davam edəcək toplantısı çərçivəsində 41 ölkədən daxil olan ərizələrə baxacaq. Məlumat üçün bildirək ki, "Qarakilsə" adı ilə tanınan Həvari Faddey kilsəsi ilə bağlı bundan əvvəl də UNESCO-ya müraciət edilmişdi, lakin abidə barədə məlumatın az olması səbəbindən qəbul olunmamışdı. İndi İran tərəfi məlumatların toplanaraq quruma təqdim edildiyini vurğulayıb. "Bisutun" qayaüstü rəsmləri, həmçinin Güney Azərbaycan ərazisindəki "Təxti-Süleyman" artıq UNESCO-nun siyahısına daxil edilib. Ermənilər isə İranı erməni tarixi abidələrinin ən yaxşı qorunduğu ölkələrdən biri hesab edir. ("OLAYLAR"İA)

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN