Rza Bərahəni kimdir?. S.Sədrəddin

Rza Bərahəni kimdir?. S.Sədrəddin
Onun həyat yolu Rza Bərahəni 1935-ci ildə Təbrizdə kasıb, farsca bilməyən bir ailədə doğulub. Böyük qardaşı ilə birlikdə onların Təbrizdə "Pərvəriş" adlı pullu məktəbdə oxumasına yaxın qohumlarından biri yardım edir. Təbriz Universiteti ingilis dili fakültəsini bitirir. Türkiyədə ingilis ədəbiyyat üzrə doktorluq müdafiə etdikdən sonra İrana qayıdır. Hərbi xidmətdən sonra Tehran Universitetində çalışır. Sonralar bir sıra ölkələrdə professor kimi işləsə də, Tehranda yalnız professor köməkçisi işləyib, ondan yuxarı qalxmasına imkan verməyiblər. İnqilabdan öncə ABŞ-a dəvət edilib, Texas, Yuta universitetlərində ingilis dili və tətbiqi ədəbiyyatından dərs deyib. İrana qayıdandan sonra yazdığı "Hakim və məhkum kültür" məqaləsinə görə tutulub. İşgənclərə məruz qalıb. Yazı türklərin, o cümlədən fars olmayan başqa etnik qrupların milli-mədəni haqları haqda imiş. Şahlıq dönəmində indi olduğu kimi, İranda Azərbaycan türkcəsində məktəb yasaq idi. Heç bir əsas göstərilmədən 9 ay zindanda yatıb Rza Bərahəni. Sərbəst buraxıldıqdan sonra yenidən universitetdə dərs deməyə başlasa da, işləməsinə əngəllər törədilib. Odur ki, yenidən Amerikaya mühacirət etməyə məcbur olub. Ayova Universitetində dərs deyib. ________________________________________ Orada "Zillullah"ı (şah özünü belə adlandırarmış) - ("Zindan şeirləri"ni) yazıb. Şeir ingiliscəyə tərcümə edilib. Ardınca zindanda baş verənlərə dair bir kitab yazıb. 1968-ci ildə yazdığı "Kişilik tarixi" kitabının İranda çap olunmasına icazə verməyiblər. Sonra Doktrou adlı bir amerikalı yazıçı buna dair böyük bir məqalə ilə çıxış edərək, onu ingilisdilli topluma təqdim edib. Amerikada ünlü yazıçılarla əməkdaşlıq edib. Kanada "Pen Klub"unun prezidenti olub. 1979-cu il inqilabından sonra başqa müxaliflərlə birlikdə Tehrana qayıdıb. Tehran Universtetində yenə professor köməkçisi kimi çalışıb. Lakmn senzuraya etiraz etdiyinə görə yenə tutulub. Sonra yenə mühacirət... İndiyədək 20-dən çox romanı, 30-a yaxın şeir toplusu çıxıb. Hələ şah dövründə yazar həmkarları - Qulamhüseyn Səidi, Cəlal Aləhməd, Əhməd Şamlu və başqaları ilə İran Yazıçılar Birliyini təsis ediblər. Bir müsahibəsindən epizod: "...Məktəbdə oxuduğum ilk illərdə dava-dalaşdakı danışıqların hamısı türk dilində olurdu. Dərsdə hamı türkcə danışırdı. O zaman mən məktəbin divar qəzetini türk dilində çıxarırdım. Ancaq Milli Hökumət süquta uğrayandan sonra türk dili yasaq olundu. Əmr etdilər ki, qəzet fars dilində çıxmalıdır. Əlbəttə, bunu bizə türk dilində söylədilər. Həmin dövrdə mən fars dilində yaza bilmirdim. Bu səbəbdən də qəzetin çıxarılmasını başqa bir şagirdə tapşırdılar. Cümə günü mən evdə narahat oturmuşdum. Anam soruşdu: "Niyə tutqunsan?". Mən hadisəni ona danışdım. Anamın mənə dediyi "Oğul, türkcə yaz" - sözlərini heç vaxt unuda bilmərəm. Mən yenə köhnə kağızları bir-birinə yapışdırıb, mövzu tapıb yazdım. Səhəri gün onu fars dilində çıxan qəzetin yanından yapışdırdım. Sonra sinfə getdim. Məktəbin müdir müavini gəlib onu qopardı.

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN