Təbriz dərbisi “Traxtur”un xeyirinə başa çatdı

Təbriz dərbisi “Traxtur”un xeyirinə başa çatdı
GünAz TV: Super liqa yarışlarının 10-cu həftəsində Təbrizin “Traxtur” və “Qostəreşe fulad” komandaları arasında keçirilən qarşılaşma bu dəqiqələrdə sona çatdı.

Təbrizdə oktyabrın 27-i yerli vaxtla saat 14:45-də qardaş komandalar arasında başlayan görüşə “Qostəreşe fulad” klubu ev sahibliyi edib. “Bonyan-i dizel” stadionunda keçirilən yarış sonda 2:0 hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşıb. “Traxtur”a qələbə qazandıran qollar 40 və 46-cı dəqiqələrdə Lusanio Edinho tərəfindən vurulub.

Bu nəticədən sonra “Traxtur” 20 xalla (imtiyaz) müvəqqəti olaraq turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.

“Traxtur”-“Qostəreşe fulad” görüşü ilə eyni vaxtda Təbrizin “Maşınsazi” komandası ilə Tehranın “Peykan” takımı “Traxtur”un xüsusi stadionunda qarşılaşıb. Görüş 4:1 hesabı ilə qonaq komandamnın xeyirinə yekunlaşıb.

Yarışlarda futbol tamaşaçıları dəfələrlə səhənd stadionunu meydançasının öt örtüyünün hazır olmaması səbəbindən Bədən Tərbiyəsi Təşkilatına qarşı şüarlar səsləndiriblər. Bundan öncə super liqa yarışlarının 9-cü həftəsinə kimi səhənd stadionunun hazır olacağına dair məlumat yayılmışdır. Lakin bir müddətdir təmir işlərinə görə qapılarını futbolsevərlərin üzünə bağlayan səhənd stadionunun meydançasında işlər yekunlaşmadığı üçün, görüşlər bu stadionda keçirilmir. Rəsmi şəxslər müxtəlif bəhanələr gətirərək vaxtı uzadır və səhənd stadionunun super liqa yarışlarının 12-ci həftəsindən sonra istifadəyə veriləcəyi bildirilir.

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN