“Traxtur”-“Qostəreşe fulad” dərbisində tamaşaçılardan biri həyəcandan ölüb

“Traxtur”-“Qostəreşe fulad” dərbisində tamaşaçılardan biri həyəcandan ölüb
GünAz TV: Təbrizdə bu şəhərin “Traxtur” və “Qostəreşe fulad” komandaları arasında keçirilən görüşdə tamaşaçılardan birinin həyəcandan ürəyi dayanıb, o təcili yardım xidmətlərinin yetərsiz olduğundan ölüb.

““Bonyan-i dizel” stadionunda 41 yaşlı kişinin həyəcandan ürəyi dayandı. Stadionda olan təcili yardım işçiləri futbol tamaşaçısına yardım etməyə çalışdılar, lakin o şəhid Məhəllati xəstəxənasına çatdırıldıqdan sonra dünyasını dəyişdi”- deyə Şərqi Azərbaycan Təcili Tibbi Hadisələr Mərkəzinin İctimaiyyətlə Əlaqələr Şöbəsi bildirib.

Bu barədə “Traxtur”un oyunçusu Lusiano Edinho da mətbuat konfransında danışıb. ““Traxtur” tərəfdarının ölümü bizim qələbə sevincimizi acıya çevirdi, bu çox xoşagəlməz hadisə idi. Futbolda belə hadisələr çox acı olur, bu barədə danışmaq mənim üçün olduqca çətindir”- deyə o bildirib.

Qeyd edək ki, oktyabrın 27-də Təbrizdə keçirilən “Traxtur”-“Qostəreşe fulad” dərbisində, oyun 2:0 hesabı ilə “Traxtur”un xeyirinə başa çatıb.

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN