Türkiyədə Qarabağ qazisinə aid olduğu güman edilən cəsəd tapılıb

Türkiyədə Qarabağ qazisinə aid olduğu güman edilən cəsəd tapılıb
Türkiyədə Qarabağ qazisinə aid olduğu güman edilən cəsəd tapılıb Türkiyənin Tekirdağ şəhərinin Çərkəzköy qəsəbəsində torpağa basdırılmış kişi cəsədi tapılıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, cəsədi qoyun otaran azyaşlı uşaqlar tapıb. Odun parçası ilə torpağı qazan uşaqlar cəsədlə qarşılaşıblar və dərhal bu barədə ailələrinə xəbər veriblər. Valideynlər isə olayla bağlı jandarmanı məlumatlandırıblar. Hadisə yerində aparılan araşdırma nəticəsində paltarlı şəkildə torpağa basdırılmış və yarısı çürümüş cəsəd Çərkəzköy Dövlət Xəstəxanasına aparılıb. Hazırda cəsədin kimə məxsus olması araşdırılır. Güman olunur ki, bu, 8 oktyabr 2007-ci ildə Azərbaycandan Çərkəzköyə gedən və bir gün sonra itkin düşən Qarabağ qazisi Mahir Əhmədovun cəsədidir. LENT.AZ

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN