UKRAYNADA IRI DÖVLƏT KORPORASIYASINA VITSE-PREZIDENT AZƏRBAYCANLI TƏYIN EDILIB

UKRAYNADA IRI DÖVLƏT KORPORASIYASINA VITSE-PREZIDENT AZƏRBAYCANLI TƏYIN EDILIB
UKRAYNADA IRI DÖVLƏT KORPORASIYASINA VITSE-PREZIDENT AZƏRBAYCANLI TƏYIN EDILIB Ukraynada Azərbaycan diasporunun nümayəndəsi İsa Əliev bu ölkənin «Ukrtransstroy» Dövlət korporasiyasının vitse-prezidenti təyin edilib. I.Əliyev «Trend News»ə bildirib ki, onun səlahiyyətinə şərq ölkələri ilə Türkmənistan, Azərbaycan, Qazaxstan, Türkiyə, İran, Özbəkistan, Qırğızıstan - əməkdaşlıq daxildir. İsa Əliyev Odessa dövlət universitetinin hüquq fakultəsini bitirib. Ukraynanın hüquq-müxafizə orqanlarında çalışıb. 51 müəssisəsini birləşdirən «Ukrtransstroy» Dövlət korporasiyası Ukraynanın ən iri tikinti şirkətlrindən biridir. O, 1992 ildə Ukrayna Nazirlər Kabinetinin qərarı ilə yaradılıb. Korporasiya Bolqarıstanda, Vyetnamda, Suriyada, İraqda, Finlyandiyada, Arqentinada, Gürcüstanda, Rusiyada və digər ölkələrdə tikinti işləri aparıb. Hazırda şirkət Türkmənistanda iri bir körpü tikir.

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN