Urmiyəli məşhur şair vəfatının ildönümündə anıldı

Urmiyəli məşhur şair vəfatının ildönümündə anıldı
GünAz TV: Tanınmış Azərbaycan şairi mərhum Səyyad Qulipurun vəfatından bir il ötür.

Əldə etdiyimiz məlumata görə, “Ağca oğlan” təxəllüslü urmiyəli şair vəfatının birinci ildönümündə Qərbi Azərbaycan İncəsənət Hövzəsində bir qrup şair və ədəbiyyatsevər soydaşlarımız tərəfindən anılıb.

Mərasimdə Qulamrza Daneşfruz, Qulaməli Kərimi, Məhəmməd Rəncbəri, Zəhra Məhəmmədzadə, Fatimə Cəmali, Əli Səlahlu, Bəhram Əsədi, Ətabək Teymuri, Mahmud Alimi, Hüseyn Səncidə, Teymur Camei, Həmid Əkbəri və Əli Rəştbər mərhum şairdən şeirlər oxuyaraq onun ədəbi yaradıcılıq fəaliyyətini yüksək qiymətləndiriblər.

Qərbi Azərbaycan İncəsənət Hövzəsinin ədəbi yaradıcılıq üzrə müdiri Mustafa Qulizadə mərhum şairin ədəbi fəaliyyətini yüksək dəyərləndirərək onu ictimai şəxsiyyət və öhdəlikli şair adlandırıb. “Səyyad Qulipur uşaq və yeniyetmə ədəbiyyatı üzrə türk dilində də olduqca dəyərli şeirlər yazıb, o bu sahədə özünəməxsus səbk sahibi idi”- deyə Qərbi Azərbaycan İncəsənət Hövzəsinin ədəbi yaradıcılıq üzrə müdiri bildirib.

1953-cü ildə dünyaya göz açan Səyyad Qulipur ötən il 2015-ci il oktyabrın 29-da vəfat edib. “Ağca oğlan” təxəllüsü ilə tanınan şair türkcə “Uşaqlar ay uşaqlar” şeir kitabının müəllifidir.

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN