Yunus Oğuz-un “Nadir şah” romanı çapdan çıxdı

Yunus Oğuz-un “Nadir şah” romanı çapdan çıxdı
Yunus Oğuz-un “Nadir şah” romanı çapdan çıxdı Əsər böyük Azərbaycan hökmdarı Nadir şah Avşarın fəaliyyətindən bəhs edir! “Olaylar” qəzetinin baş redaktoru, türkoloq alim, yazıçı Yunus Oğuzun Azərbaycan şahı, böyük fateh və dahi sərkərdə Nadir şah Avşardan bəhs edən “Nadir şah” tarixi romanı işıq üzü görüb. 576 səhifədən ibarət roman “Apostrof” çap evində nəşr olunub. Kitabın ön sözünün müəllifi Atatürk Mərkəzinin direktoru, millət vəkili Nizami Cəfərovdur. 1501-ci ildə qurulmuş Azərbaycan Səfəvilər dövlətinin süquta uğradığı, Nadir şahın siyasi səhnəyə çıxdığı dövrü təsvir edən əsər böyük sərkərdənin hakimiyyətə gəlməsindən, apardığı müharibələrdən, Azərbaycanı, türk dünyasını birləşdirmək istəyindən danışır. Müəllif əsərdə o dövrdə baş verən hadisələri müfəssəl təfsilatla verir, saray münaqişələrinin mahiyyətini ustalıqla açır, tarixin məişətinə daxil olmağı bacarır. Romanla Nadir şahı qanuni xanədanı-Səfəviləri devirməkdə suçlandıranlara cavab verən Yunus Oğuz böyük sərkərdənin hakimiyyətə gəlməsini tarixi qanunauyğunluq kimi səciyyələndirir. Oxucuya aydın olur ki, Nadir şahın hakimiyyətə gəlməsi tarixin ziddinə olan proses yox, Azərbaycanın tarixində müsbət hadisə idi. Əsər böyük Azərbaycan hökmdarına sevgi ilə yazılsa da, tarixə obyektiv yanaşması ilə seçilir. Romanda Nadir şahın təkcə döyüşçü-sərkərdə deyil, diplomat bacarığı da qabarıq görsənir. Kitabın öz sözündə N.Cəfərov yazır: “Nadir şah” xalqımızın tarixinin ən məsuliyyətli və ən orta əsrlərdən qopub yeni dövrə keçdiyi dövrün tarixi hadisələri, buradan çıxan nəticələri kifayət qədər mükəmməl şəkildə təqdim bir əsərdir. Tarixə həm tarixin, dövrün öz gözü, həm keçmişindən, həm də gələcəkdən baxmağın nümunəsini verən bir əsərdir”.

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN