Reuters: Maltada təyyarə qəzası, ölənlər var

Reuters: Maltada təyyarə qəzası, ölənlər var

Oktyabrın 24-də Maltada baş verən təyyarə qəzasında 5 nəfər ölüb.

 

Bu barədə Reuters agentliyi hava limanındakı mənbəyə istinadla xəbər yayıb. Məlumata görə, qəza təyyarə Malta beynəlxalq hava limanından qalxdıqdan az sonra baş verib .

 

Avropa Birliyinin sərhədlərin təhlükəsizliyi üzrə agentliyi (Frontex) ölənlərin onun əməkdaşları olmadığını bəyan edib.

Bundan əvvəl həlak olanların bu agentliyin əməkdaşları olması barədə məlumat yayılmışdı.

 

Ölənlərin Avropa Birliyinin digər strukturlarının əməkdaşları olması barədə də dəqiq məlumat yoxdur.

Hazırda həlak olanların kimliyi araşdırılır. (Azadlıq radiosu)

A.M

Açar Sözlər

Dünya mətbuatı

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN