“The Washington Times”: 5 səbəbə görə Azərbaycana getmək mütləq lazımdır

2018-01-19 13:14

GünAz TV: "The Washington Times” qəzetində "Beş səbəbə görə Azərbaycana getmək mütləq lazımdır” sərlövhəli məqalə dərc edilib.

 

Məqalədə Qafqaz dağları ilə Xəzər dənizi arasında yerləşən Azərbaycanın tez-tez "Odlar yurdu”, paytaxt Bakının isə "Şərqin Parisi” adlandırıldığı qeyd olunur. Vurğulanır ki, birinci səbəb regionun digər ölkələri ilə müqayisədə Azərbaycan vizasını asanlıqla almağın mümkünlüyüdür. 2017-ci ilin iyunundan ASAN sistemi vasitəsilə viza almaq müddəti üç gündən üç saata endirilib.

 

İkinci səbəb ölkənin unikal coğrafi mövqeyidir. Materialda qeyd edilir ki, "mədəniyyətlər və sivilizasiyalar Bakıda görüşür”. Yarımadada yerləşən Bakı arzular şəhəridir. Azərbaycan paytaxtında orta əsrlər memarlıq inciləri ultramüasir binalarla, o cümlədən məşhur memar Zaha Hadidin layihəsi əsasında tikilmiş və dünyada tanınan Heydər Əliyev Mərkəzi ilə yanaşı dayanır.

 

Üçüncü səbəb ölkənin görməli yerləri və təbiətidir. Bakı ilə yanaşı, şəhərin ətrafında da görməli yerlər var. Məsələn, Qobustan Milli Parkına, Suraxanı qəsəbəsində "Atəşgah” məbədinə getmək, palçıq vulkanlarına baxmaq. Zərdüştilik məbədi olan "Atəşgah” Hindistan və dünyanın hər yerindən zəvvarları özünə cəlb edir.

 

Müəllif dördüncü səbəb kimi ölkənin zəngin idman həyatını qeyd edir. "İdmançılar idman yarışlarında öz istedadlarını göstərmək üçün Azərbaycanı bütün dünyada ideal yer hesab edirlər”, - deyə məqalədə bildirilir. Təkcə son illər Azərbaycanda bir neçə beynəlxalq tədbir, o cümlədən Ümumdünya Şahmat Olimpiadası, ilk Avropa Oyunları, gənclər arasında Avropa futbol çempionatı, IV İslam Həmrəyliyi Oyunları, atıcılıq, voleybol üzrə Avropa çempionatları, gimnastika üzrə dünya çempionatı və digər yarışlar keçirilib. Artıq ikinci ildir ki, Formula-1 yarışlarının Qran-Pri mərhələlərindən biri Bakıda keçirilir. Materialda diqqətə çatdırılır ki, tezliklə Bakıda Avropa futbol çempionatının dörd matçı, idman kapoeyrası üzrə dünya çempionatı və digər nüfuzlu tədbirlər keçiriləcək.

 

Nəhayət, beşinci səbəb yerli və beynəlxalq brendlərin iştirakı ilə alqı-satqı zamanı vergi tutulmayan beynəlxalq ticarət yarmarkalarının keçirilməsidir.

 

Bundan başqa, milli mətbəxin ləziz nemətlərini dadmaq, UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsi elan edilmiş muğamı dinləmək və bir çox digər səbəblər var ki, onlara görə Azərbaycana getməyinə dəyər. (AzərTac)

 

N.S

 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Türkiyə PUA-ları Ermənistan sərhədində — FOTO

2020-09-21

gun az article

Türkiyədə 14 nəfər İŞİD terrorçusu saxlanılıb

2020-09-21

gun az article

Rusiyada bir gündə koronavirusa yoluxanların sayı yenidən 6000 nəfəri keçib

2020-09-21

gun az article

Ceyhun Bayramov moldovalı həmkarı ilə erməni təxribatını müzakirə etdi

2020-09-21

gun az article

MN: Düşmən təxribatlarının qarşısı alınıb və o, ağır itkilərə məruz qalıb - BƏYANAT

2020-09-21

gun az article

Azərbaycan Ordusu şəhid verib

2020-09-21

gun az article

XİN: Ermənistanın məsuliyyətsiz davranışı bölgədə gərginliyi alovlandırır

2020-09-21

gun az article

MN: Cəbhə xəttində vəziyyət gərginləşib

2020-09-21

gun az article

Trampı zəhərləmək istəyən şəxs saxlanıldı

2020-09-21

gun az article

Müdafiə Nazirliyi: Ermənistana məxsus PUA məhv edilib

2020-09-21

gun az article

Gürcüstanda daha 187 nəfər koronavirusa yoluxub

2020-09-19

gun az article

“TikTok” və “WeChat” Amerikada qadağan olunur – Trampdan yeni qərar

2020-09-19

gun az article

Yunanıstanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

2020-09-19

gun az article

Navalnının köməkçisi “zəhərin otel otağında su şüşəsində tapıldığını” açıqlayıb

2020-09-18

gun az article

Yunanlar Türkiyə sərhəddində xaç inşa etdilər

2020-09-18

gun az article

Xələf Xələfov: "Azərbaycan Türkiyənin bütün addımlarını birmənalı dəstəkləyir"

2020-09-16

gun az article

Türkiyəli nazir müavini: “Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal çəkilməlidir”

2020-09-16

gun az article

Azərbaycanda son sutkada 141 nəfər COVID-19-a yoluxub, 151 nəfər sağalıb, 3 nəfər vəfat edib

2020-09-16

gun az article

İsrail BƏƏ və Bəhreyn arasında münasibətlərin normallaşdırılmasına dair müqavilə imzalanıb

2020-09-16

gun az article

Yoşihide Suga Yaponiyanın Baş naziri seçilib

2020-09-16