100 tələbə Əli Mütəhhəridən şikayət edib- Tələbə qızı təhqir etdiyinə görə

100 tələbə Əli Mütəhhəridən şikayət edib- Tələbə qızı təhqir etdiyinə görə

GünAz TV: 100 tələbə Deputatların Rəftarlarına Nəzarət Heyətinə məktub yazaraq, Əli Mütəhhəridən Behişti Universitetinin qız tələbəsini təhqir etdiyinə görə şikayət ediblər.

 

Müxtəlif universitetlərdə təhsil alan həmin tələbələr Əli Mütəhhərinin son günlər böyük narazılığa səbəb olmuş qız tələbəyə qarşı həmin təhqiramiz sözlərinə görə qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını istəyiblər.

 

Tələbələr məktubda qeyd ediblər ki, deputatın sonradan verdiyi müsahibə zamanı onun tələbə qızla mübahisəsini yayan media qurumlarını məhkəməyə verəcəyilə bağlı dediyi sözlər “qabaqdan gəlmişlik”dir , eləcə də sözügedən qızla bağlı “hayasız” sözündən istifadə etməsi böyük ədəbsizlikdir və o, bütün bunlara görə üzr istəməlidir.

 

Tələbələr Əli Mütəhhərinin bundan öncə də bu cür nalayiq ifadələrlə danışdığını bildiriblər və Millət Vəkillərinin Rəftarlarına Nəzarət Heyətindən etik qaydalardan xəbərsiz bu cür deputatları cəzalandırmağı, onların yanlışlarını ört-basdır etməməyi tələb ediblər.

 

Qeyd etmək lazımdır ki, bir neçə gün öncə sosial şəbəkələrdə Əli Mütəhhərinin Behişti Universitetində çıxışı zamanı tələbə qızlardan biri ilə arasında mübahisə yarandığını əks etdirən video yayılmışdı. Həmin görüntülərdə deputat tələbə qızın tənqidlərinə verdiyi reaksiyada “mənim üzərimdə hər cür dərman olur, hətta hamiləlik əleyhinə, istəsən, birin sənə verə bilərəm” demişdi. Onun bu sözləri insanlar və tələbələr arasında ciddi səs-küyə səbəb olub.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN