260 siyasi fəal İran hökumətinin son repressiyalarını qınayıb

2019-09-12 12:16

GünAz TV: İranda yaşayan 260 sivil və siyasi fəal hökumətin aktivistlər, jurnalistlər və digər şəxslərə qarşı son təzyiqlərini və ağır həbs hökmlərini qınayan bəyanat yayıb.

 

Onlar məhkəmə sisteminin yeni rəhbəri İbrahim Rəisinin “ədalətin şirin dadı” şüarına qarşılıq olaraq bildiriblər ki, ictimai fəallar bu günə qədər acı daddan, ağır hökmlər və yüksək məbləğli mülki vəsiqələrdən başqa heç nə dadmayıblar.

 

Bəyanatda həmçinin bildirilir ki, təhlükəsizlik qüvvələri qadın siyasi məhbuslara qarşı əxlaqla bağlı ittihamlar sürməklə, onları və ailələrini mənəvi sındırmağa çalışırlar.

 

Fəallar həmçinin rəsmilərin məhkum anaların öz övladları ilə telefon əlaqəsi yaratması və görüşməsinə törətdiyi əngəlləri İranda hökumətin qadın siyasi məhbuslara qarşı tətbiq etdiyi ən geniş yayılmış təzyiq vasitəsi olduğunu vurğulayıblar.

 

Qeyd etmək lazımdır ki, hazırda İranda onlarla qadın siyasi məhbus var. Onlardan bəzilərinin ikili vətəndaşlığı var. Onlardan biri Nazənin Zağəridir. Britaniya-İran vətəndaşlığı olan xanım Zağəri saxta ittihamlarla həbs edilib və onun öz azyaşlı qızı ilə görüşməsinə maneələr törədilir.

 

Digər tərəfdən, bir neçə gün öncə futbola tamaşa etmək üçün stadiona daxil olmağa çalışdığına görə haqqında cinayət işi açılan gənc qızın özünü yandıraraq öldürməsi bir daha İranda qadın haqları məsələsini qabardıb.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Xomeyninin məqbərəsinin zirzəmisi muzeyə çevriləcək: 250 milyard tümən ayrılır

2020-08-03

gun az article

Pompeo: "İranla Çinin razılaşması Yaxın Şərqdə stabilliyin pozulması deməkdir"

2020-08-03

gun az article

Əli Mütəhhəri: “İranın Çin hökumətinin uyğur müsəlmanlarına qarşı repressiyalarına göz yumması islam respublikası üçün başıaşağılıq və biabırçılıqdır”

2020-08-02

gun az article

İranın Mərkəzi əyalətində koronavirusdan ölənlərin sayı 284 nəfərə yüksəlib

2020-08-02

gun az article

İranda daha 208 nəfər koronavirusdan ölüb, 2685 nəfər pandemiya xəstəliyinə yoluxub

2020-08-02

gun az article

İranda tanınmış kinorejissor koronovirusdan vəfat edib

2020-08-02

gun az article

İranın Minab şəhərinin imam-cüməsi koronavirusdan ölüb

2020-08-02

gun az article

GünazTV Aug.01.2020: İsrail İranın nüvə saytlarına ehtimali hücum üçün hazırlaşır

2020-08-01

gun az article

İranda koronavirusdan ölənlərin sayı 17 min nəfərə yaxınlaşdı

2020-08-01

gun az article

Tehranda son 2 həftədə koronavirusa yoluxanların əksəriyyəti gənclərdir

2020-08-01

gun az article

Ağ Ev: "İran hökuməti sülh və təhlükəsizliyi təhdid etməyi dayandırmayana qədər sanksiyalar davam edəcək"

2020-08-01

gun az article

İranda növbəti dəfə yanğın baş verib

2020-07-31

gun az article

GünazTV July.31.2020: Los Angeles polisi onların aqressiv davranışlarının qarşısını almaqda aciz qalıb

2020-07-31

gun az article

İranın Rəşt və Sənəndəc şəhərlərində daha 4 məhkum edam edilib

2020-07-31

gun az article

Ağdamda 2 ədəd İran istehsalı minaatan mərmisi aşkarlanıb - FOTO

2020-07-31

gun az article

Xamneyi: "Amerika ilə müzakirəyə qarşıyam"

2020-07-31

gun az article

İranda daha 197 nəfər koronavirusdan vəfat edib, 2674 yeni “Covid-19” infeksiyasına yoluxma faktı qeydə alınıb

2020-07-31

gun az article

İranda ağır zəncirvari qəza baş verib: Ölənlər var

2020-07-31

gun az article

İranın Hormozqan əyalətində koronavirusdan ölənlərin sayı 532 nəfərə çatıb

2020-07-31

gun az article

Mayk Pompeo: “İran rejimi mənfur və iflasa uğramış bir ideologiyanın üzərində qurulub”

2020-07-31