AB-dən İrana nüvə razılaşması xəbərdarlığı

AB-dən İrana nüvə razılaşması xəbərdarlığı

GünAz TV: AB Komissiyasının sözcüsü Maya Koçiyançiç mətbuat konfransında İranın nüvə razılaşması və inkişaf etdirmənin məhdudlaşdırılmasıyla əlaqədar öhdəliklərini "bir kənara buraxdıqlarını" və bu sahədə ölkənin ehtiyacı olan addımları atacaqlarına istiqamətli şərhini "böyük narahatlıqla" qarşıladıqlarını ifadə edib.

 

"AB, İranın nüvə razılaşmasına bağlı öhdəliklərini tam olaraq yerinə yetirməyə davam etdiyi müddətcə razılaşmaya olan bağlılığını davam etdirəcəyini açıq və tutarlı bir şəkildə ifadə etmişdir",- deyən Koçiyançiç, Birliyin Beynəlxalq Atom Enerjisi Təşkilatı ilə bu istiqamətdəki gedişatları izlədiyini vurğulayıb.

 

O, İrana nüvə razılaşmasına bağlı bütün öhdəliklərini yerinə yetirməyi və razılaşmaya uymayan bütün fəaliyyətlərini geri çevirmə çağırışı edib. AB-nin İranla nüvə razılaşmasını qorumaq üçün bəzi addımlar atdığına diqqət çəkən Koçiyançiç, bu çərçivədə İrana istiqamətli Amerika sanksiyalarını aradan qaldırmağı planlayan xüsusi məqsədli ticari mexanizmin qurulduğunu da xatırladıb.

 

R.X


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN