Adı korrupsiyada hallanan İranın Kənd Təsərrüfatı naziri istefa verib

Adı korrupsiyada hallanan İranın Kənd Təsərrüfatı naziri istefa verib

GünAz TV: İranın Kənd Təsərrüfatı naziri Mahmud Hüccətinin istefa ərizəsi prezident Həsən Ruhani tərəfindən qəbul edilib.

 

Milli Məclisin idarə heyətinin sözçüsü Əsədullah Abbasinin sözlərinə görə, Hüccəti sabah Parlametdə sorğu- sual edilməli idi, lakin istefa səbəbindən bu iclas ləğv edilib.

 

Xatırladaq ki, Mahmud Hüccətinin adı kənd təsərrüfatı məhsulların idxalında fırıldaqçılıq, rüşvətxor məmurlara qarşı tədbir görməmək, idxalat və ixracatda monopoliya kimi əməllərdə hallanır.

 

Ötən günlər ərzində İran mediasında çıxan məqalələrdə qeyd edilirdi ki, benzinin qiymətinin qaldırılması Parlamentin iştirakı olmadan həyata keçirildiyindən, sonuncu Kənd Təsərrüfatı, Daxili İşlər və Neft nazirlərini sorğu-sual etməklə, öz mövcudluğunu ifadə etmək niyyətindədir.

 

Son dəqiqələrdə yayılan məlumata əsasən, Həsən Ruhani imzaladığı fərmanla, istefasını qəbul etdiyi Mahmud Hüccətini özünün kənd təsərrüfatı üzrə müşaviri təyin edib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN