Adil əl Cübeyr: “Biz Trampın İrana və İŞİD-ə qarşı siyasətini müsbət qarşılayırıq”

Adil əl Cübeyr: “Biz Trampın İrana və İŞİD-ə qarşı siyasətini müsbət qarşılayırıq”

GünAzTV: Yanvarın 16-da Parisə səfər edən Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cübeyr jurnalistlərlə görüşündə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampdan, İranın region ölkələrinin daxili işlərinə qarışmasından və İŞİD-dən danışıb.

 

Adil əl Cübeyr bildirib ki, rəsmi Ər-Riyad, Trampın Amerikanın əvvəlki gücünün bərpası uğrundakı cəhdini, onun İran və İŞİD təhlükəsinin qarşısını almaq barədəki siyasətini dəstəkləyir: “Biz Amerikanın yeni hökumətinə nikbin yanaşır və hər ikimizin nigaranlığımıza səbəb olan ortaq sahələrdə Vaşinqtonla birgə əməkdaşlığa başlamağımızı gözləyirik. Biz Trampın İrana və İŞİD-ə qarşı siyasətini müsbət qarşılayırıq.

 

Hesab edirik ki, Tramp hökumətinin siyasəti şəffaf və aydındır. O, Amerikanın dünyadakı imicini yenidən bərpa etməyə, İŞİD-i məğlub etməyə, İranın isə təhlükəsinin qarşısını almağa çalışır. Bu isə müsbət addımdır və biz onu dəstəkləyirik.

 

Ər-Riyadla Tehran arasındakı əlaqələrə gəlincə, təəssüflər olsun ki, bizim İranla münasibətlərimizdə hələ də çaxnaşma və gərginlik yaşanır. Düşünürük ki, əgər rəsmi Tehran Səudiyyə Ərəbistanı ilə qarşılıqlı əlaqələrin yaxşılaşdırılmasını istəyirsə, bölgədə sabitliyi pozmaq cəhdindən əl çəkməli, bizə qarşı düşmənçilik siyasətini bir kənara qoymalıdır”.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN