Amerika “Əl Qaidə” liderlərinin başına 10 milyon dollar mükafat qoydu

Amerika “Əl Qaidə” liderlərinin başına 10 milyon dollar mükafat qoydu

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamenti “Əl Qaidə” qruplaşmasının 2 lideri haqqında informasiyaya görə 10 milyon dollar mükafat təyin edib.

 

Bu barədə qurumun rəsmi saytında məlumat yerləşdirilib.

 

Dövlət Deparatamenti “Rewards for Justice” (Ədalət naminə mükafat) proqramı çərçivəsində Saad bin Atef əl-Əvlakinin şəxsiyyətini yaxud gizləndiyi yeri müəyyən etməyə imkan verən informasiyaya görə 6 milyon dollar, İbrahim Əhməd Mahmud əl-Kosi üçün isə analoji məlumata görə 4 milyon dollar vəd edir.

 

Dövlət Departamenti 1984-cü ildə əsası qoyulan “Ədalət naminə mükafat” proqramı çərçivəsində terrorçular barədə dolğun informasiya verən 100-dən artıq şəxsə 150 milyon dollar pul ayırıb. Modern.az

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN