Amerika Hizbullahın 2 si deputat olmaqla, 3 rəsmisinə qarşı sanksiya tətbiq edib

Amerika Hizbullahın 2 si deputat olmaqla, 3 rəsmisinə qarşı sanksiya tətbiq edib

GünAz TV: Amerika Birləşmiş Ştatları iyulun 9-da Hizbullah terror təşkilatının 3 yüksək vəzifəli rəsmisinə qarşı sanksiya tətbiq edib.

 

Rəsmi Vaşinqton onları İranın himayə etdiyi Hizbullah yaraqlı qruplaşmasının məqsədlərini həyata keçirmək və İranın bədxah fəaliyyətlərinin gücləndirilməsi üçün öz vəzifə səlahiyyətlərini aşmaqda ittiham edir.

 

Sanksiyalar siyahısına salınan Livan parlamentinin hizbullahçı millət vəkili Əmin Şri, “Müqavimət Blokuna Sadiqlik Fraksiyası”nın rəhbəri Məhəmməd Rəd və Hizbullah təhlükəsizlik orqanının rabitə və koordinasiya dəstəsinin rəhbəri Vəfiq Səfadır.

 

ABŞ Livan hökumətindən də Hizbullah üzvləri ilə əlaqələrini kəsməyi tələb edib. Bundan başqa Vaşinqton Livan dövlətinə edilən yardımların Hizbullahın əlinə keçməməsi üçün xüsusi mexanizm yaradıb.

 

“Livan dövləti bilməlidir ki, Amerika hər zaman Hizbullahı nəzarət altında saxlayacaq. Buna görə də, təşkilatın siyasi və hərbçi üzvləri arasında fərq qoymamaq lazımdır”- deyə ABŞ Maliyyə Nazirliyinin açıqlamasında qeyd edilib.

 

3 şəxs həmçinin Hizbullah terror təşkilatını maliyyələşdirməyə cəhddə də ittiham olunurlar. Xüsusilə, Əmin Şri bankları təhdid etməklə, onları ABŞ sanksiyalarını pozaraq Hizbullaha məxsus hesablarda maliyyə əməliyyatları həyata keçirməyə vadar ediblər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN