Amerika “Huawei” şirkətini İran hökumətinə etirazları yatırmaqda kömək etməkdə ittiham edib

Amerika “Huawei” şirkətini İran hökumətinə etirazları yatırmaqda kömək etməkdə ittiham edib

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Federal Prokurorluğu Nyu York şəhərinin Bruklin Məhkəməsinə Çinin “Huawei” şitkəri ilə bağlı yeni ittihamnamə təqdim edib.

 

Prokurorluq şirkəti dövlət sirrlərini oğurlamaq, transmilli cinayətkarlığa qarşı mübarizə qanunlarını, eləcə də Şimali Koreya və İrana qarşı ABŞ-ın qəbul etdiyi sanksiyaları pozmaqda ittiham edib. Yeni ittihamlar ehtiva edən ittihamnamənin məhkəməyə təqdim edilməsi ABŞ-ın Çin şirkətinə qarşı hüquqi proseduru davam etdirdiyindən xəbər verir.

 

İttihamnamədə həmçinin qeyd edilir ki, “Huawei” dinləmə və casusluq qurğuları qurmaqla, İran dövlətinə həssas dönəmlərdə, xüsusilə də xalq etirazlarının qan bahasına yatırılmasına kömək edib. Şirkət həmçinin izləmə və tanıma qurğularını İran rejiminə verərək, ona 2009-cu il nümayişləri zamanı etirazçıların aşkarlanmasına yardım edib.

“Huawei” İranda saxta şirkət quraraq, İran hökumətinə Amerikadan müxtəlif növ təchizat, əmtəə və xidmətlər almaq məqsədilə rəsmi Vaşinqtonun bu ölkəyə qarşı qəbul edilmiş sanksiyalarını pozmaqda da ittiham edilir. Şirkətin bu istiqamətdə İranda azı bir nəfər işə götürdüyü məlumdur. Bu isə ABŞ sanksiyalarının pozulması anlamına gəlir.

 

Xatırladaq ki, İranda 2009-cu ildə prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasına qarşı bir neçə ay davam edən xalq nümayişləri olmuşdu. İran rejiminin təhlükəsizlik qüvvələri vəhşicəsinə etirazları yatırmışdı. Hadisələr zamanı çoxlu saydan insan öldürülmüş və həbs edilmişdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN