Amerika internetin kəsilməsinə görə İranın Rabitə və İnformasiya Texnologiyaları nazirinə sanksiya qoyub- Etirazlardan 2 VİDEO

2019-11-23 11:41

GünazTV: Amerikanın Maliyyə Nazirliyi İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromiyə sanksiya qoyub. Sanksiyanın qoyulmasına səbəb, son 7 gündə İranda hökumətin dinc etirazçılara qarşı qətliamları baş verdiyi bir vaxtda internetin kəsilməsidir.

 

ABŞ-ın Maliyyə Nazirliyinin yaydığı bəyanatında bildirilir ki, Azəri Cəhromiyə qarşı sanksiya, onun ölkədə internetin kəsilməsi və geniş senzuranın tətbiq edilməsində oynadığı rola görə qoyulub: “İranda internetə giriş Azəri Cəhrominin başçılıq etdiyi nazirliyin nəzarətindədir. İran rəsmiləri ölkədə baş verən etirazlardan doğan bəzi “təhlükəsizlik məsələlərini” nəzərə alaraq bir neçə gündən bu yana interneti kəsdiklərini bildirirlər.

 

İranın qorxunc Kəşfiyyat Nazirliyinin (ETTELAAT) keçmiş əməkdaşı olan Azəri Cəhromi 2017-ci ilin ortalarında nazir postuna təyin edildikdən sonra internetə senzura qoyulması ilə bağlı repressiv siyasətini şiddətləndirib. Bundan başqa, onun həmçinin müxalifət fəallarına qarşı ölkədə aparılan casusluq fəaliyyətlərində birbaşa əli olub” –deyə, ABŞ-ın Maliyyə Nazirliyinin yaydığı bəyanatında qeyd olunur.

 

İranda 7 gün öncədən internetə tətbiq edilən məhdudiyyət hələ də aradan qaldırılmayıb. İranın Rabitə naziri Məhəmməd Cavad Azəri Cəhromi noyabrın 22-də jurnalistlərə açıqlamasında deyib ki, ölkənin bəzi bölgələrində internet artıq yenidən bərqərar olunub, digər bölgələrdə isə Ali Milli Təhlükəsizlik şurasının qərarı ilə yenidən qoşulacağı nəzərdə tutulub.

 

Qeyd edək ki, İran rejimi interneti kəsməklə, etirazlar zamanı insanları qətliam etməsinin görüntülərinin dünya mediasına yol açmasının qarşısını almağa çalışır. Ötən günlər ərzində bu səbəbdən müxtəlif bölgələrdə rejimin repressiya qüvvələrinin həyata keçirdikləri qırğınlar barədə ətraflı məlumat əldə etmək mümkün olmayıb.

 

 

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 137 şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misili görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 251 nəfərdən çox insan qətlə yetirilib, 3700 aksiyaçı yaralanıb, Tehranda və digər şəhərlərdə 7 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu həlak olub, cəhalət, xurafat və fəsad mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb. Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, etirazlar ara-sıra davam edir.

 

VİDEOLAR:

 

 

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Sep.19.2020 :"Aprelə qədər Amerika xalqına vaksin çatacaq"

2020-09-19

gun az article

Altı senator Trampdan İranın bütün maliyyə sektoruna sanksiya tətbiq etməsini istəyib

2020-09-19

gun az article

Ermənilər Tovuzun Ağdam kəndini yenidən atəşə tutublar

2020-09-19

gun az article

İranda koronavirusdan vəfat edənlərin sayı 24 min nəfəri keçib

2020-09-19

gun az article

Nəsrin Sütudə həbsxanadan xəstəxanaya köçürülüb

2020-09-19

gun az article

İran- İraq sərhədində Kərbəlaya getmək istəyənlərlə hərbçilər arasında toqquşma olub

2020-09-19

gun az article

Koronavirusa rəğmən, Tehran əyalətində cümə namazı qılınıb

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: “Amerika Birləşmiş Ştatları İranla bağlı siyasətinin yeni mərhələsindədir!”

2020-09-18

gun az article

Kirman əyalətində koronavirusdan ölənlərin sayı 800 nəfəri ötüb

2020-09-18

gun az article

Dünyada koronavirusa yoluxanların sayı 30 milyonu keçib

2020-09-18

gun az article

İran Televiziyasında etiraf: "Əhalinin 70 faizi məcburi hicaba qarşıdır"

2020-09-18

gun az article

Amerika "ETTELAAT"la əlaqəli 45 İran vətəndaşı və 3 şirkətə sanksiya tətbiq edib

2020-09-18

gun az article

İranda daha 144 nəfər koronavirusdan ölüb, 3049 nəfər “Covid-19”a yoluxub

2020-09-18

gun az article

Əlbürz əyalətində daha 10 ölüm faktı ilə koronavirusdan vəfat edənlərin sayı 1057 nəfərə çatıb

2020-09-18

gun az article

Hərirçi: "Bütün ölkə qırmızı vəziyyətdədir"

2020-09-18

gun az article

İranın Hormozqan əyalətində koronavirusa yoluxanların sayı 748 nəfərə çatıb

2020-09-18

gun az article

GünazTV Sep.17.2020: ABŞ-da Zərif-in qatılacağı virtual konfransa qarşı tənqidlər

2020-09-17

gun az article

GünazTV Sep.17.2020: “Amerika Prezidentindən vaksinlə bağlı vacib açıqlama.Peyvənd qapıdadır”

2020-09-17

gun az article

ÜST Avropada koronavirusla bağlı vəziyyətin ağırlaşdığını bildirib

2020-09-17

gun az article

Qum əyalətində daha 7 nəfər koronavirusdan vəfat edib

2020-09-17