Amerika İranın raket proqramı ilə əməkdaşlıq edən 5 İran vətəndaşına və 5 şirkətə sanksiya qoyub

Amerika İranın raket proqramı ilə əməkdaşlıq edən 5 İran vətəndaşına və 5 şirkətə sanksiya qoyub

GünazTV: Amerika Maliyyə Nazirliyi avqustun 28-də bəyanat yayaraq, “Sepah”la əlaqədə olaraq, İranın raket proqramı ilə əməkdaşlıq edən 5 İran vətəndaşına və 5 şirkətə sanksiya qoyduğunu bildirib.

 

Sanksiyaya məruz qalan şirkətlərdən 4-ü İrana, 1-i isə Honq Konqa məxsusdur.

 

Bəyanatda bildirilir ki, ABŞ Maliyyə Nazirliyinin barəsində sanksiya qoyduğu şəxslər və şirkətlər yaratdıqları iki şəbəkə vasitəsilə Honq Konqda qeydiyyata alınan bir şirkətin yardımı ilə Amerika sanksiyalarından yan keçməyə çalışıblar: “Onlar Amerika texnologiyasını və bir sıra texniki avadanlıqları alaraq İran hökumətinə və “Sepah”a çatdırıblar.

 

Həmin şəxslər həmçinin digər bir şəbəkə vasitəsilə İranın nüvə proqramında istifadə edilən alüminium ərintilərini satın alaraq, İranın Müdafiə Nazirliyinin nəzarətində fəaliyyət göstərən şirkətlərə təhvil veriblər.

 

Hamid Dehqan adlı İran vətəndaşı tərəfindən yaradılan şəbəkələrdən biri Honq Konqda qeydiyyatda olan bir şirkət vasitəsilə milyonlarla dollar Amerikanın elektronik təchizat və avadanlığını alaraq İran rejiminə təhvil verib. Həmçinin Seyid Hüseyn Şəriət adlı digər İran vətəndaşının başçılıq etdiyi ikinci şəbəkə nüvə sənayesində işlənən müxtəlif alüminium ərintiləri əldə edərək İran hərbi qüvvələrinin nəzarətində olan şirkətlərə veriblər” – deyə bəyanatda bildirilir.

 

Amerika Maliyyə Nazirliyinin barəsində sanksiya qoyduğu şəxslər bunlardır: Şəqayeq Əxayi, Mehdi Hüseyn İbrahimzadə Ərdəkani, Hadi Dehqan Çinari, Hamid Dehqan, Mehdi İbrahimzadə.

 

Sanksiyaya məruz qoyulan şirkətlərin adları isə belədir: “Ebtekar Sənət İliya” şirkəti, “Əsri-Sənət Eşraq” mühəndislik şirkəti, “Green İndustries” Honq Konq, “Havoş Gostər Boşra”, “Piştazane Kavoş Gostər Boşra”, “Şəfəq-e Sənubər-e Yəzd” şirkəti, eləcə də Seyid Hüseyn Şəriət adlı İran vətəndaşı.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN