Amerika müsəlman ölkələrini Çinin uyğurlara qarşı həyata keçirdiyi repressiyalara susduqları üçün tənqid edib

Amerika müsəlman ölkələrini Çinin uyğurlara qarşı həyata keçirdiyi repressiyalara susduqları üçün tənqid edib

GünAz TV: Amerikanın dini azadlıqlar üzrə səfiri Sam Brownback müsəlman ölkələrinin Çinin uyğur türklərinə qarşı yürütdüyü repressiv siyasət qarşısında səssiz qalmasını kəskin tənqid edib.

 

O bildirib ki, müsəlman uyğun türklərinin Çin hökuməti tərəfindən repressiyaya məruz qalması və həbs edilməsi qarşısında islami ölkələrin sükutu təəssüfvericidir. Sam Brownbackın sözlərinə görə, görünür ki, həmin ölkələr Çin tərəfindən təhdid edildikləri üçün sükut yolunu seçiblər.

 

Amerikalı diplomat təqribən 1 milyon uyğur müsəlmanının həbsxanalara salınması qarşısında ən azından müsəlman ölkələrinin reaksiya verəcəyini gözlədiyini, amma bunun baş tutmamasından təəssüf hissi keçirdiyini deyib.

 

Sam Brownback həmçinin əlavə edib ki, Amerikanın regionda olan Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Misir kimi əsas müttəfiqləri də bu məsələ qarşısında səssiz qalıb.

 

O, Türkiyənin Çinin uyğur türklərinə qarşı həyata keçirdiyi repressiyalara verdiyi təpkini yüksək dəyərləndirib.

 

Xatırladaq ki, Türkiyə Xarici İşlər Nazirliyi məsələ ilə bağlı yaydığı bəyanatda Çin hökuməti tərəfindən müsəlman uyğur türklərinin kütləvi həbs edilməsi faktını insanlıq adına böyük utanc adlandırmışdı.  

 

Digər tərəfdən, İran İslam Respublikası kimi özlərini “müsəlmanların dəstəkçisi” adlandıran bir çox islami ölkələr hələ də Çində müsəlman uyğurlara qarşı həyata keçirilən repressiyalara reaksiya verməyiblər. Əksinə, onlar Çinlə böyük iqtisadi və siyasi əlaqələrini davam etdirirlər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN