Amerika “Sepah”la əlaqəsi olan İraq şirkətinə qarşı sanksiya tətbiq edib

2019-06-13 01:33

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Maliyyə Nazirliyi “Sepah” terror təşkilatı ilə əlaqəsi olan “Cənub Sərvəti Mənbələri” adlı şirkət və onun iki rəsmisi- Əbdülhəmid Ələsədi və Saleh Əlhəsəniyə qarşı sanksiya tətbiq edib.

 

Nazirliyin məsələ ilə bağlı iyunun 12-də yaydığı bəyanatda bildirilir ki, qeyd edilən şirkət və onun rəsmiləri “Sepah” terror təşkilatının “Qüds Briqadası”na ABŞ sanksiyalarını pozmaqla, 100 milyonlarla dollar dəyərində silah qaçaqmalçılığı etməkdə kömək etdiyi üçün bu ölkənin qara siyahısına salınıblar.

 

Bəyanatda həmçinin vurğulanır ki, Maliyyə Nazirliyi “Qüds Briqadası”nın İranın təmsilçi müharibə aparan yaraqlılarına silah çatdırmaq üçün yaratdığı bu qaçaqmalçı şəbəkəsini aradan qaldırılması istiqamətində lazım olan bütün tədbirləri görür. Bu xüsusda İraqın maliyyə orqanları və beynəlxalq maliyyə sistemi İranın ABŞ sanksiyalarını pozmağa hədəflənmiş bütün hiyləgər taktikaları qarşısında öz təhlükəsizlik tədbirlərini gücləndirməlidirlər.

 

Nazirlik silah qaçaqmalçılığından “Qüds Briqadası”nın komandanı Qasım Süleymaninin iraqlı müşaviri Mehdi Əlmühəndisin də mənfəət əldə etdiyini bəyan edib.

 

Xatırladaq ki, Amerika aprel ayında İran İslam İnqilabı Keşikçiləri Korpusunu (Sepah-red.) rəsmən xarici terror təşkilatları siyahısına daxil edib. “Sepah” və onun xarici ölkələrdə olan əməliyyatları həyata keçirən qolu- “Qüds Briqadası” bu günə qədər bir çox ölkələrdə baş tutmuş terror aktlarının əsas təşkilatçısı və icraçısı hesab edilir. Eləcə də, Suriyada gedən vətəndaş müharibəsində uşaqlar, yaşlılar və qocalar da daxil olmaqla, 10 minlərlə sivil əhalinin qətliam edilməsində Bəşər Əsəd hərbçilərinə kömək edən əsas qüvvələr  “Hizbullah”, “Sepah”, eləcə də ona bağlı “Fatimiyun” və “Zeynəbiyun” adlı yaraqlı dəstələr olub.

 

Digər tərəfdən, ABŞ-ın “Sepah”la əlaqəli İraq şirkəti və onun rəsmilərinə qarşı qəbul etdiyi sanksiya Yaponiyanın Baş Naziri Şinzo Abenin Tehrana daxil olmasından bir neçə saat sonraya təsadüf edir. Şinzo Abe Amerika ilə İran arasında yaranmış son gərginlikləri azaltmaq üçün iyunun 12-də İrana rəsmi səfərə edib.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İsveç mühacirlərlə bağlı qanunları sərtləşdirir

2021-04-10

gun az article

Parisdə 110-dan çox insan şənlikdə iştiraka görə cərimələnib

2021-04-10

gun az article

Rusiya Türkiyəyə uçuşları məhdudlaşdırır

2021-04-10

gun az article

Türkiyə və Ukrayna prezidentləri görüşüb

2021-04-10

gun az article

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

2021-04-10

gun az article

Almaniya Rusiya peyvəndini almaq istəyir

2021-04-10

gun az article

Azərbaycanda son sutkada 2192 nəfər COVID-19-a yoluxub, 33 nəfər vəfat edib

2021-04-10

gun az article

Fəxrəddin Altun: “Buradan bir daha böyük qürurla “Qarabağ Azərbaycandır” deyirəm”

2021-04-10

gun az article

Dövlət katibi: “Macarıstan özünü türkdilli dövlətlər arasında görür”

2021-04-10

gun az article

Hikmət Hacıyev: ""Media haqqında qanun" layihəsi hazırlanıb"

2021-04-10

gun az article

“Pfizer” 12-15 yaş arası uşaqlara da vurula bilər

2021-04-10

gun az article

Səid Xətibzadə: “Amerika ilə danışıqlar aparmağa ehtiyac yoxdur”

2021-04-10

gun az article

Baş katib: “Türk dövlətləri ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədİ ilə "Yol xəritəsi" hazırlayırıq”

2021-04-10

gun az article

Levon Ter-Petrosyanın partiyası növbədənkənar parlament seçkilərinə qatılacaq

2021-04-10

gun az article

İranda koronavirusdan daha 193 nəfər ölüb, 19 666 nəfər xəstəliyə yoluxub – RƏSMİ STATİSTİKA

2021-04-10

gun az article

Vyanada İranla "konstruktiv" nüvə danışıqları ertələndi

2021-04-10

gun az article

PKK-ya ağır zərbə: Türk ordusu 3 terrorçunu məhv etdi

2021-04-10

gun az article

Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının idarə sədri ilə görüşüb

2021-04-10

gun az article

Prezidentin köməkçisi: “Türkiyənin Azərbaycana media sahəsində dəstəyini yüksək qiymətləndiririk”

2021-04-10

gun az article

Rusiyada son sutkada daha 8704 nəfər COVID-19-a yoluxub

2021-04-10