Amerikanın yeni səfiri David Satterfild Türkiyəyə gəlib

Amerikanın yeni səfiri David Satterfild Türkiyəyə gəlib

GünAz TV: Amerika Birləşmiş Ştatlarının (ABŞ) Türkiyədəki yeni səfiri David Satterfild Ankaraya gəlib.

 

Trend-in məlumatına görə, hava limanında D.Satterfildi ABŞ-ın Türkiyədə müvəqqəti işlər vəkili Cefri M. Xovenye qarşılayıb.

 

ABŞ səfirliyinin rəsmi Twitter səhifəsində bu barədə yazılıb: "ABŞ-ın Türkiyədəki səfiri təyin olunmuş David Satterfildin bu gün Ankaraya gəldiyini elan etməkdən məmnuniyyət duyuruq. Türkiyəyə xoş gəlmisiz!".

 

Qeyd edək ki, D.Satterfild əvvəllər Yaxın Şərqdə, Fars Körfəzində, Livanda (Lübnan) və İraqda işləmişdir.

 

2013-2014-cü illərdə o ABŞ-ın Misirdəki səfirliyində məsləhətçi vəzifəsində çalışıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN