Avropa Parlamenti Kremlin propaqandasına qarşı qətnamə qəbul etdi

Avropa Parlamenti Kremlin propaqandasına qarşı qətnamə qəbul etdi

GünAz TV: Avropa Parlamenti Rusiya kütləvi informasiya vasitələrinin (KİV) Qərbə qarşı apardığı informasiya müharibəsinə qarşı tədbirlər görülməsi haqqında qətnamə qəbul edib.

 

Qurumun saytında yayılan məlumata görə, Avropa parlamentariləri polşalı (Ləhistan) deputat Anna Fotıqanın irəli sürdüyü bu sənədi müzakirə edib və Kremlin propaqandasının qarşısının alınması üçün tədbirlər görülməsini məqbul sayıblar.

 

Sənəddə Rusiyanın "Sputnik" və "RİA Novosti" agentlikləri, habelə "Russia Today" telekanalı var.

 

Avropa Parlamenti sənədi müzakirəyə çıxarıb və bu haqda qətnamə 304 lehinə, 179 əleyhinə səslə qəbul olunub.

 

Xatırladırıq ki, "Russia Today" telekanalı dünyanın aparıcı dillərində yayımlanır və qısa bir müddət ərzində reytinq cədvəlində dünyanın ən çox izlənən kanallarından birinə çevrilib. Ölke.az

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN