Azərbaycanla Türkiyənin tarixi layihəsi TANAP-ın açılışı oldu - VİDEO / GÖRÜNTÜ

Azərbaycanla Türkiyənin tarixi layihəsi TANAP-ın açılışı oldu - VİDEO / GÖRÜNTÜ

GünAz TV: Türkiyənin Əskişəhər şəhərində Trans-Anadolu Boru Qaz Kəmərinin (TANAP) açılışı mərasimi keçirilib.

 

İyunun 12-də keçirilən mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev, Ukrayna prezidenti Pyotr Poroşenko, Serbiya prezidenti Aleksandr Vuçiç, Bolqarıstanın baş naziri Boyko Borisov, Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı, BP şirkətinin baş icraçı direktoru Robert Dadli, müxtəlif ölkələrdən nazirlər, enerji şirkətlərinin rəhbərləri iştirak ediblər.

 

Uzunluğu 1805 kilometr olan TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından və Xəzərin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və Avropaya nəqlini nəzərdə tutur. Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır. Layihə ilə bağlı Azərbaycan ilə Türkiyə arasında Anlaşma Memorandumu 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz boru kəməri (TAP) sisteminə dair Saziş isə 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. TANAP layihəsi təbii qazı “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edəcək.

 

Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.

 

Mərasimdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TANAP alyihəsinin açılışını bölgə üçün tarixi addım adlandırıb.

 

“Cənub Qaz Dəhlizi layihəsinin bel sümüyü olan və enerjinin "İpək yolu" adlandırılan TANAP-ın açılışı gerçəkləşdirilir. Bu nəhəng layihənin planlaşdırılan tarixdən əvvəl həyata keçirilməsində əməyi olanları təbrik edirəm. Layihənin gerçəkləşməsi Türkiyə və Azərbaycan arasında qarşılığı etimada söykənən əlaqələr sayəsində mümkün olub”, o qeyd edib.

 

Açılış mərasimi və prezident İlham Əliyevin çıxışını aşağıdakı videodan izləyə bilərsiniz:

https://www.youtube.com/watch?time_continue=679&v=lPsUg-RuS1c

 

 

 

 

 

 

 

N.S

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN