Bağdad Ankaranı təhdid etdi

Bağdad Ankaranı təhdid etdi

GünAz TV: Türkiyə və İraq arasında Başika hərbi bazasına görə yaranan gərginlik davam edir.

 

Mediada yayılan məlumata görə, İraqın  baş naziri Heydər əl-İbadi Türkiyənin ünvanına təhdid dolu ifadələr səsləndirib. O bildirib ki, Ankara heç bir halda Mosul əməliyyatlarında iştirak edə bilməz:

 

 “Məsləhət görürəm ki, İraqda olan Türkiyəli hərbçilər yerlərindən tərpənməsinlər”, - deyə qeyd edən Abadi, Türkiyənin israrla İraqda hərbi qüvvə saxlamasına təəccübləndiyini vurğulayıb.

 

Qeyd edək ki, İraq Başika hərbi düşərgəsindəki Türkiyə hərbçilərinin çıxarılması üçün Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına şikayət edib.

N.S

Açar Sözlər

Dünya və İran

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN