“Barış pınarı” çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb

2019-11-21 16:20

GünAz TV: Türkiyənin Suriyanın şimalında bu il oktyabrın 9-dan keçirdiyi “Barış pınarı” antiterror əməliyyatı çərçivəsində 145 kilometr uzunluğunda, 30 kilometr enində təhlükəsizlik bölgəsi təmin edilib.


"Report" “İnternethaber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin Plan və büdcə komissiyasında Milli Müdafiə Nazirliyinin büdcəsinə dair müzakirələrdə iştirak edən nazir Hülusi Akar bildirib.


“Barış pınarı” əməliyyatı zamanı indiyədək 1200-dək terrorçunun zərərsizləşdirildiyini diqqətə çatdıran nazir 600-dək yaşayış məntəqəsinin yerləşdiyi 4300 kvadrat kilometrlik ərazini nəzarətə götürdüklərini, əməliyyat bölgəsinə şərqdən və qərbdən hücumların qeydə alındığını, bunların qarşısını almaq üçün Rusiya ilə danışıqlar apardıqlarını deyib.


“Türkiyə Silahlı Qüvvələri İŞİD terror qruplaşması ilə üz-üzə döyüşən yeganə ordu olaraq Suriyanın şimalında 3 mindən çox radikal İŞİD silahlısı zərərsizləşdirib”, - söyləyən nazir beynəlxalq sazişlərin qadağan etdiyi heç bir silah-sursat, yaxud kimyəvi silahlar tətbiq etmədiklərini vurğulayıb.


Xatırladaq ki, bu il oktyabrın 17-də Türkiyə ilə Amerika Birləşmiş Ştatları arasında “Barış pınarı”nın dayandırılması və Suriyanın şimalındakı 30 kilometrlik bölgədən kürd silahlı dəstələrinin çıxarılmasına dair razılaşma əldə edilmişdi. Sonradan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nın bu məsələyə dair öhdəliklərini tam yerinə yetirmədiyini, Türkiyə tərəfinin daha güzəştlərə hazır olmadığını açıqlamışdı.


N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV July.08.2020: “F1 və M1 vizası ilə Amerikada olanların aqibəti necə olacaq? Amerika məktəblərinin açılması üçün prezident Trampın son qərarı”.

2020-07-08

gun az article

Türkiyə XİN başçısı bu gün Britaniyaya səfər edəcək

2020-07-08

gun az article

İranda nazirliklər və dövlət idarələrini artıq "Bəsic" qoruyacaq

2020-07-08

gun az article

İranda təyyarə qəzasında təqsirləndirilən rəsmilərin mühakiməsi başlayır

2020-07-08

gun az article

İranda daha 153 nəfər koronavirusdan ölüb, 2691 nəfər xəstəliyə yoluxub

2020-07-08

gun az article

Əlirza Zali: “Tehranda koronavirusla bağlı əvvəlki məhdudiyyətləri yenidən bərpa etməliyik”

2020-07-08

gun az article

Ərəbistan dünya ictimaiyyətini İrana təzyiq göstərməyə çağırıb

2020-07-08

gun az article

Kirmanşah əyalətində koronavirusdan ölənlərin sayı 12 dəfə artıb

2020-07-08

gun az article

İranlı deputat Nətənz zavodunda baş verən yanğına görə MAGATE müfəttişlərini günahlandırıb

2020-07-08

gun az article

GünazTV July.07.2020: “Koronovirusdan qorunmaq üçün tətbiq edilən qaydalar dəyişə bilər. Üümumdünya Səhiyyə Təşkilatı yeni ciddi məlumatları araşdırır”.

2020-07-07

gun az article

İranın Venesuelada təmir etdiyi neft emalı zavodu yanıb

2020-07-07

gun az article

İranın İlam əyalətində 156 yeni “Covid-19”a yoluxma halı aşkar edilib, 1 nəfər vəfat edib

2020-07-07

gun az article

İranda daha 200 nəfər koronavirusdan ölüb, 2637 yeni “Covid-19” xəstəliyinə yoluxma faktı qeydə alınıb

2020-07-07

gun az article

Mossad İranın İsrail səfirliklərinə qarşı hazırladığı hücum planlarını neytrallaşdırıb

2020-07-07

gun az article

Möhsün Haşimi: “Tehranda bir gün ərzində 70 nəfər koronavirusdan vəfat edib”

2020-07-07

gun az article

FİFA-nın qərarı ilə "Persopolis" klubu sabiq məşqçisinə 750 min dollar təzminat ödəyəcək

2020-07-07

gun az article

İranın Hormozqan əyalətində 4,8 bal gücündə zəlzələ olub

2020-07-07

gun az article

“Bağırşəhr” sənaye şəhərciyində partlayış olub. 2 nəfər ölüb, 3 nəfər yaralanıb

2020-07-07

gun az article

İranda yük gəmisi yanıb

2020-07-06

gun az article

GünazTV July.06.2020:Texasda son 24 saatda 300 insan xəstəxanaya yerləşdirilib

2020-07-06