Bəndər Mahşəhr səmasında naməlum cism görünüb- İran ordusu hərəkətə keçib

Bəndər Mahşəhr səmasında naməlum cism görünüb- İran ordusu hərəkətə keçib

GünAz TV: Xuzistan əyalətinin Bəndər Mahşəhr şəhərinin səmasında naməlum uçan obyekt görünüb.

 

Obyektin aşkarlanmasından sonra İran ordusunun Hava Hücumundan Müdafiə bölmələri onu məhv edib.

 

Bəzi mənbələrin yaydıqları xəbərlərə görə, həmin obyekt pilotsuz uçan aparat olub. Lakin hələ ki, vurulan naməlum uçan obyektlə bağlı rəsmi açıqlama verilməyib.

 

Qeyd etmək lazımdır ki, Bəndər Mahşəhr İranın petrokimya sahəsində xüsusi əhəmiyyət daşıyan şəhərlərindən biridir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN