BMT baş katibinə Xocalı soyqırımı barədə məlumat təqdim olunub

2017-02-24 15:42

GünAz TV: Antoniu Quterreşə ünvanlanmış məktubu Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Məclisinin və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb.    

     

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin bu təşkilatın baş katibi Antoniu Quterreşə ünvanlanmış məktubu BMT Baş Məclisinin və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb.

 

Məktubda 1992-ci ilin fevralında erməni silahlı qüvvələri və onların himayədarları tərəfindən Xocalı şəhərinin mülki sakinlərinin və şəhərin müdafiəçilərinin kütləvi şəkildə qətlə yetirilməsinin faciəli nəticələri, təcavüzün gedişində hərbi qüvvə tətbiq edilməsinə və beynəlxalq humanitar hüquq normalarının ciddi pozulmasına görə erməni tərəfin beynəlxalq birlik tərəfindən pislənməsi bildirilir.

 

Bununla əlaqədar beynəlxalq təşkilatların müvafiq sənədlərinə, habelə xarici jurnalistlər və hüquq müdafiəçiləri tərəfindən aparılmış müstəqil təhqiqatların nəticələrinə istinad edilir.

 

Bundan əlavə, Ermənistanın yüksəkvəzifəli şəxslərinin, o cümlədən bu ölkənin indiki prezidentinin açıq bəyanatlarına diqqət cəlb edilir, vurğulanır ki, bu bəyanatlar həmin şəxslərin Xocalıda törədilmiş hadisələrə görə öz məsuliyyətini başa düşdüyünü göstərir.

 

Azərbaycanın BMT yanında daimi nümayəndəsi vurğulayır ki, müharibənin səbəblərinin və nəticələrinin ümumi qiymətləndirilməsi, habelə Xocalıda baş vermiş faciəli hadisələr barədə mövcud faktlar göstərir ki, bu şəhərdə baş vermiş kütləvi qətllər nadir və ya təsadüfi hadisələr deyil, Ermənistanın geniş miqyaslı, sistematik siyasətinin və praktikasının bir hissəsidir.

 

Qeyd edilir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü gedişində cinayətlər törətməkdə təqsirkar olan şəxslərin əvvəlki kimi yenə də cəzasız qalması çoxdan gözlənilən sülhün və iki ölkənin barışmasının təmin edilməsində irəliləyişə nail olmağa əngəl törətməklə yanaşı, həm də sülh prosesi əlaqədar onsuz da mürəkkəb olan vəziyyəti daha da gərginləşdirir və Ermənistanın istədiyini edə bilməsi hissinin möhkəmlənməsinə şərait yaradır.

 

Bununla əlaqədar bir məqama da diqqət yetirilir ki, Ermənistan hazırkı status-kvonun təsbit olunması, işğal edilmiş ərazilərdə öz hərbi potensialını artırmaq, bu ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini dəyişdirmək, yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün öz evlərinə qayıtmasına mane olmaq kimi məqsədlərə yönəlmiş tədbirlər görür.

 

BMT baş katibinə bildirilir ki, 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin təhriki nəticəsində cəbhə xəttində gərginlik artıb, münaqişə başlanan vaxtdan Ermənistan insanları girov götürür və girov saxlayır, girovlar və hərbi əsrlərlə qəddar davranır, münaqişə nəticəsində itkin düşmüş minlərlə azərbaycanlının taleyinə aydınlıq gətirməkdən imtina edir, həlak olmuş Azərbaycanın vətəndaşlarının cəsədlərinin qaytarılmasın uzun müddət ləngidir, hətta bu incə məsələdə spekulyasiya cəhdləri göstərir.

 

Azərbaycanlı diplomat vurğulayır ki, münaqişənin möhkəm və uzunmüddətli tənzimlənməsinə yalnız bir yolla nail olmaq mümkündür - erməni silahlı qüvvələrinin Dağlıq Qarabağ regionundan və Azərbaycanın işğal edilmiş digər rayonlarından dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması təmin edilməlidir.

 

Məktubda o da qeyd edilir ki, davamlı sülhün və uzunmüddətli sabitliyin təmin edilməsi üçün münaqişə gedişində beynəlxalq humanitar hüquq normalarının ciddi pozulması barədə həqiqətin müəyyən edilməsi, zərərçəkmişlərə adekvat və real kompensasiya təqdim edilməsi, bu cür pozuntuların təkrarlanmaması üçün zəruri institusional tədbirlər görülməsi zəruridir.

Azərbaycanın BMT yanında daimi nümayəndəsi bildirir ki, bununla əlaqədar, sülhün bərqərar olunmasına yönəlmiş səylər, o cümlədən Azərbaycan ilə Ermənistan arasında münaqişənin tənzimlənməsinə dair cari tədbirlər çərçivəsində qanunsuz qüvvə tətbiq edilməsi və ya beynəlxalq hüquq normalarının pozulması ilə əlaqədar digər hiddətləndirici hallara yol verilməməli, o cümlədən hərbi cinayətlər, insanlığa qarşı cinayətlər, qətliam və etnik təmizləmə nəticəsində yaranmış vəziyyətlər təşviq edilməməlidir. (AZƏRTAC)

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

Zərif sabiq amerikalı diplomatla görüşüb

2020-06-06

gun az article

Amerika İrana qarşı silah embarqosunun uzadılması ilə bağlı qətnamə layihəsini Rusiyaya təqdim edib

2020-06-06

gun az article

İranda son 24 saat ərzində 75 nəfər koronavirusdan dünyasını dəyişib

2020-06-06

gun az article

Rəsmi Paris İrandan Fəriba Adilxahı azad etməyi tələb edib

2020-06-06

gun az article

GünazTV June.05.2020: İran İslam respublikası 2018-ci ildən həbsdə saxladığı Amerika ordusunun üzvü olan Michael Whiteni azad edib

2020-06-05

gun az article

GünazTV June.05.2020: Hong Kong üzərində Çin və ABŞ arasında gərginlik artmaqdadır

2020-06-05

gun az article

İraqın Baş nazirindən "Qüds Briqadası"nın komandanı İsmayıl Qaaniyə: "Ölkəmizə daxil olarkən viza al"

2020-06-05

gun az article

İran polisi əfqan və pakistanlı mühacirlərin maşınını atəşə tutub: 3 nəfər diri-diri yanaraq ölüb

2020-06-05

gun az article

İranda daha 63 nəfər koronavirusdan ölüb, 2886 nəfər xəstəliyə yoluxub

2020-06-05

gun az article

İranın İlam əyalətində koronavirusa yoluxanların sayı 1135 nəfərə çatıb

2020-06-05

gun az article

İlam əyalətinin Ərkvaz şəhərində 3.3 bal gücündə zəlzələ olub

2020-06-05

gun az article

Əhvazda 52 yanğınsöndürən koronavirusa yoluxub

2020-06-05

gun az article

İsrail qırıclarının “Hemah”da endirdiyi hava zərbələri nəticəsində Suriya və İranın 9 muzdlu hərbçisi öldürülüb

2020-06-05

gun az article

İranın ticarət gəmisi İraq sahillərində batıb

2020-06-05

gun az article

İranda həbs olunmuş sabiq amerikalı hərbçi ölkəsinə qaytarılıb

2020-06-05

gun az article

GünazTV June.04.2020: “Floyd cinayətində üç polis barəsindı həbs qərarı verildi”

2020-06-04

gun az article

GünazTV June.04.2020: İranla Türkiyə arasındakı Gürbulağ sərhədi yenidən açılır

2020-06-04

gun az article

Ərdəkan şəhəri yaxınlığında 3.5 bal gücündə zəlzələ baş verib

2020-06-04

gun az article

İran rəsmisi: “Hormozqan əyalətində koronavirusa yoluxanlardan 25%-i evdar qadınlardır”

2020-06-04

gun az article

İranda daha 59 nəfər koronavirusdan ölüb, 3574 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb

2020-06-04