BMT İsrail və Livanı atəşkəsə əməl etməyə çağırıb

BMT İsrail və Livanı atəşkəsə əməl etməyə çağırıb

GünAz TV: Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi İsrail və Livanı (Lübnan) təmkinli olmağa və 2006-cı ildə əldə olunmuş atəşkəs razılaşmsına əməl etməyə çağırıb.

 

"Report" xəbər verir ki, bunu baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

 

Onun sözlərinə görə, Quterreş tərəfləri "bütün hərbi əməliyyatlara son qoymağa" və son dərəcə təmkinlilik nümayiş etdirməyə çağırıb.

 

Bu arada İsrail ordusu Livandan ölkənin şimalına tank əleyhinə raketin atılmasına cavab olaraq qarşı tərəfə 100-dən çox mərmi atıb.

 

Bu barədə İsrail müdafiə ordusunun saytında dərc olunan bəyanatda deyilir.

 

Media yazır ki, daha əvvəl "Hizbullah" terrorçuları Livanla sərhəddə İsrailə məxsus zirehli texnikanı məhv ediblər. Nəticədə yəhudi hərbçilər arasında ölən və yaralananlar olub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN