Brayan Huk: “İranda seçkilər şou xarakteri daşıyır. Seçkidə qalib gələnlər əvvəlcədən təyin edilib”

Brayan Huk: “İranda seçkilər şou xarakteri daşıyır. Seçkidə qalib gələnlər əvvəlcədən təyin edilib”

GünazTV: ABŞ Dövlət Departamentinin İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk fevralın 14-də yaydığı bir video-çarxda gələn həftə İranda keçiriləcək parlament seçkilərinə münasibət bildirib.

 

Yaydığı videoda İran millətinə səslənən Huk deyib ki, İran İslam Respublikasında keçirilən hər bir seçkidə udanlar və uduzanlar əvvəlcədən təyin edilmiş şəxslərdir: “İran rejimi sizi inandırmağa çalışır ki, bu seçkilər guya azad və ədalətlidir. Lakin bilin ki, əsas səsvermə gizli şəkildə qabaqcadan, yəni 21 fevraldan xeyli əvvəl olub. Daha doğrusu, İrandakı hakim ruhanilər xalqın sandıq başına gedib səs verməsindən xeyli əvvəl qalibləri və uduzanları təyin ediblər.

 

Hazırda İran rejimi legitimsizlik böhranı ilə üz-üzə qalıb. Bu biabırçılığın əsas səbəbkarı da İran rejiminin özüdür” -deyə, ABŞ Dövlət Departamentinin İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk, yaydığı videoda İran millətinə müraciətində bəyan edib.

 

Qeyd edək ki, İranda növbəti parlament seçkiləri fevralın 21-də keçiriləcək.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN