Bu gün Türkiyədə Cümhuriyyət Bayramı qeyd edilir

Bu gün Türkiyədə Cümhuriyyət Bayramı qeyd edilir

GünAz TV: Bu gün Türkiyə Cümhuriyyətinin yaranmasının 93-cü ildönümüdür.

 

Bayram Türkiyə və digər dövlətlərdə təntənəli şəkildə qeyd edilir. Bayram səbəbiylə Türkiyədə bir sıra yürüş və tədbirlərin keçirilir.

 

Səhər saatlarında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və hökumət nümayəndələri Atatürkün mavzoleyinə gül çələngləri qoyulub. Bu dəqiqələrdə isə Rəcəb Tayyib Ərdoğan prezident sarayında təbrikləri qəbul edir.

 

Birinci dünya Savaşından sonra Antanta dövlətləri tərəfindən İstanbul, İzmir və digər Osmanlı torpaqlarının işğalı Türk Milli Hərəkatının ortaya çıxmasını şərtləndirib.

 

Çanaqqala savaşının qəhrəmanlarından olmuş Mustafa Kamal Atatürkün rəhbərliyi altında 19 may 1919-cu ildə Samsun hərəkatı ilə Qurtuluş Savaşı başlayıb. 18 sentyabr 1922-ci ildə bütün düşmən hərbi qüvvələri ölkədən qovulub.  24 iyul 1923-cü ildə imzalanan Lozanna sülh müqaviləsi ilə Türkiyə Cümhuriyyəti beynəlxalq səviyyədə tanınıb. 29 oktyabr 1923-cü ildə rəsmən paytaxtı Ankara olan Türkiyə Cümhuriyyəti elan edilib. Bununla əlaqədar hər il oktyabrın 29-u Türkiyədə Cümhuriyyət Bayramı qeyd edilir.

N.S

Açar Sözlər

Dünya və İran

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN