Cənubi Qafqazda yeni MÜHARİBƏ BAŞLAYIR? - Rusiyadan XƏBƏRDARLIQ

Cənubi Qafqazda yeni MÜHARİBƏ BAŞLAYIR? - Rusiyadan XƏBƏRDARLIQ

GünAz TV: Tiflis məqsədyönlü şəkildə Cənubi Osetiya ilə sərhəddə gərginliyi artırır.

 

"RİA-Novosti” agentliyi xəbər xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyi bildirib.

 

"Tiflis son bir neçə ay ərzində Qərb ölkələrinin dəstəklədiyi təxribatçı hərəkətlərlə və siyasi təbliğat kampaniyaları ilə sərhəddəki gərginliyi məqsədyönlü şəkildə artırıb”, - açıqlamada deyilir.

 

İdarədən əlavə ediblər ki, belə siyasət regionda atmosferi alovlandırıb.

 

Daha əvvəl Cənubi Osetiya separatçı qurumu Gürcüstanın sərhəddə blokpostu inşa etməsini təxribat adlandırıb və belə hərəkətləri dayandırmağı tələb edib. Tiflisdən isə bildiriblər ki, polis postu götürülməyəcək.

 

Qeyd edək ki, 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən sonra Moskva Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb. publika.az

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN