Əfqanıstan sərhəddini qanunsuz keçən iranlı hərbçilər həbs olunub

Əfqanıstan sərhəddini qanunsuz keçən iranlı hərbçilər həbs olunub

GünAz TV: Əfqanıstanın Fərah vilayəti ərazisində sərhədi qanunsuz keçən 1 iranlı zabit və 1 hərbçi saxlanılıb.

 

Yerli polis orqanının məlumatına görə, onlar pulemyotla təchiz edilmiş Land-Crusier markalı avtomobillə qanunsuz olaraq iki ölkə sərhəddini keçib, Fərah vilayəti ərazisinə daxil olublar.

 

Hərbçilərin hansı məqsədlə Əfqanıstan ərazisinə daxil olduqları məlum deyil. Onlar hazırda təhlükəsizlik qüvvələri tərəfindən sorğu-sual edilirlər.

 

İran isə buna cavab olaraq sərhədyanı bölgələrdə hərbi helikopterləri havaya qaldıraraq, təxribatçı addımlara əl atıb. Eləcə də, sərhəd bölgələrində yerləşən yarmarkalara gələn 20 sivil əfqanın da cavab əlaməti olaraq İran tərəfindən həbs edildiyi məlumatlar arasında var.

 

Fərah vilayəti Əfqanıstanın qərbində yerləşən və təhlükəsizliyin ən zəif olduğu bölgələrdən biridir. Vilayət ərazisində Taliban terrorçuları geniş şəkildə fəaliyyət göstərirlər.

 

Xatırladaq ki, son aylar ərzində İranın Taliban terror təşkilatına hərbi və siyasi yardım göstərməsinə görə, rəsmi Kabil ilə Tehran arasında böyük diplomatik gərginliklər yaşanır.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN