Ekspertlər Məclisinin üzvü olan axundlardan biri itkin düşüb

Ekspertlər Məclisinin üzvü olan axundlardan biri itkin düşüb

GünAz TV: İran Ekspertlər Məclisinin Hörmüzqandan seçilmiş üzvü- axund Ruhullah Sədrəssadatinin itkin düşməsi ilə bağlı məlumat yayılıb.

 

Yerli media orqanlarının məlumatına görə, Ruhullah, Mehdi və Rza Sədrəssadatilər, eləcə də Müctəba Pərgər sentyabrın 4-ü, səhər saatlarında Bəndər Abbasa getmək üçün Qumdan Mehrabad hava limanına gediblər və həmin tarixdən onlardan xəbər yoxdur.

 

Sentyabrın 5-də İranın Ruhani Məhkəməsi onların barəsində heç bir cinayət işinin açılmadığını və itkin düşənlərin hüquq mühafizə orqanları tərəfindən saxlanmadığını bildirib.

 

Ekspertlər Məclisi qurumun üzvü Ruhullah Sədrəssadatinin itkin düşməsi ilə bağlı hazırda araşdırmalar apardığını bildirib.

 

“Sepah” terror təşkilatına məxsus “Fars” və “Təsnim” agentlikləri Sədrəssadati qardaşlarının həbs edilməsi ilə bağlı bütün xəbərləri təkzib ediblər.

 

Xatırladaq ki, ruhani təhsili alan Mehdi Sədrəssadati tez-tez “Twitter” sosial şəbəkəsində ölkədə baş verən korrupsiya əməllərindən yazır. O, son günlər ərzində Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxaninin, övladlarının və yaxınlarının rüşvətxorluğundan, apardıqları böyük tikinti layihələrindən və digər bu kimi qanunsuz əməllərindən yazmışdı. O, Ekspertlər Məclisinin üzvü Məhəmmədrza Müdərrisinin damadıdır.

 

Mehdi Sədrəssadati ötən il bu səbəbdən həbs olunmuş və bir neçə gün həbsxanada saxlanmışdı.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN