Ərdoğandan Avropaya sərt xəbərdarlıq: “Daha irəli getsəniz,…”

Ərdoğandan Avropaya sərt xəbərdarlıq: “Daha irəli getsəniz,…”

GünAz Tv: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Parlamentini Türkiyəyə qarşı qəbul etdiyi qərara görə sərt tənqid edib.

 

O Ədalət və Qadın Konqresində çıxışı zamanı bildirib ki, Avropa heç vaxt insanlığa səmimi davranmayıb.

 

“Türkiyə Avropa Birliyinə girsinmi, girməsinmi? Toplanan 30-40 nəfər qətnaməyə yox deyir. Bütün hamınız desəniz də, vecimizə deyil. Heç vaxt insanlığa qarşı səmimi davranmamısınız. Körpə Aylanı, körpə Ümranı sahildən siz götürməmisiniz. 3 milyon miqrantı yaşadan bizik. Siz verdiyiniz sözləri yerinə yetirmədiniz. Qapıkulədə 50 min miqrant olanda fəryad edirdiniz. Bilin ki, bundan sonra bir az da irəli getsəniz, qapılarımızı açacağıq. Etdiyiniz quru təhdidlərdən nə mən, nə də ki millətim narahatdır”- deyə Ərdoğan deyib.

 

Qeyd edək ki, Avropa Parlamenti noyabrın 24-də Avropa İttifaqını Türkiyənin quruma üzvlüyü barədə Ankara ilə aparılan müzakirə prosesini müvəqqəti dondurmağa çağıran qərar qəbul edib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN