FİFA İrana heyət göndərəcək- Qadınların stadionlara girişi məsələsini müzakirə etmək üçün

FİFA İrana heyət göndərəcək- Qadınların stadionlara girişi məsələsini müzakirə etmək üçün

GünAz TV: Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası‎- FİFA qadınların stadionlara girişi məsələsini araşdırmaq üçün İrana heyət göndərəcək.

 

Assosiasiyanın sözçüsünün dediklərinə görə, qarşıdakı 2 həftə ərzində heyət İrana yola düşəcək və bu ölkənin futbol rəsmilərilə stadionların qadınların girişi üçün əlverişli olub-olmamasını müzakirə edəcək.

 

Heyətin göndərilməsilə bağlı xəbər İranda futbol fanatı olan Səhər Xudayari adlı gənc qızın özünü yandıraraq öldürməsindən bir neçə gün sonra bəyan edilib. Lakin FİFA-nın açıqlamasında heyətin səfərinin yalnız bu məsələyə görə baş tutmadığı deyilir.

 

Xatırladaq ki, Səhər Xudayari futbol maçına tamaşa etmək üçün kişi paltarı geyinib, stadiona daxil olmaq istəyərkən saxlanmışdı. O, özünə qarşı cinayət işinin açıldığını və həbsə məhkum ediləcəyini biləndən sonra Tehran məhkəməsinin önündə özünü yandırmışdı. Gənc qızın ölümü sosial şəbəkələrdə böyük hiddətə səbəb olub və bir çox dünya ölkələri buna münasibət bildirib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN