Fransa Rusiyanın növbəti haker hədəfi ola bilərmi?

Fransa Rusiyanın növbəti haker hədəfi ola bilərmi?

GünAz TV: Avropada hakerliklə bağlı narahatlıqlar artmaqdadır. Bəziləri Fransanın bu il parlament və prezident seçkiləri zamanı Rusiyanın haker hücumuna məruz qalacağını istisna etmir.

 

Namizədlərin özlərinin güclü motivlər olmadığı deməsi Amerikanın kəşfiyyat orqanlarının seçkilərə müdaxilə etdiyi üçün Rusiyanı günahlandırmasına səbəb olub.

 

“Rusiyanın Avropada hər bir seçkiyə müdaxilə edəcəyi qorxulara səbəb olub”- deyə Londondan Avropa Şurasının xarici əlaqələr üzrə rəqəmsal siyasətlər eksperti Stefan Soesanto bildirib.

 

“Rusiyaya nəzər saldıqda hər zaman gördükləri işin arxasında bir məqsəd durduğunu və bunu həyata keçirmək üçün mükəmməl texnoligiyaya malik olduğunu görürük. Fransa üçün imtiyaz gətirəcək və ya neqativ olacaq real nəticələr yoxdur”.

 

Ekspert hesab edir ki, bu, Rusiya və ya digər xarici qüvvənin seçkilərə təsir etməyəcəyi demək deyil.

 

Stefan Soesanto Fransanın kiberhücumlara yaxşı hazırlandığını bildirib.

 

Lakin digərləri qorxuya əsas görür.

 

Təhlilçi Molli Makkyu Fransanın TV-24 kanalına bildirib ki, Fransa bu informasiya əməliyyatlarından istisna deyil.

 

Fransada prezident seçkiləri aprel və may, parlament seçkiləri isə iyunda keçiriləcək. (Amerikanin səsi)

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN