GünazTV March.26.2020: Amerika Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmiləri, Amerika-dakı Corona böhranın "bir neçə ay" davam edə biləcəyini və bəzi ölkələrdə də siyasi qeyri-sabitliyə və hərc-ü-mərcə səbəb ola biləcəyini təlqin etdilər.

GünazTV March.26.2020: Amerika Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmiləri, Amerika-dakı Corona böhranın

Amerika Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmiləri, Amerika-dakı Corona böhranın "bir neçə ay" davam edə biləcəyini və bəzi ölkələrdə də siyasi qeyri-sabitliyə və hərc-ü-mərcə səbəb ola biləcəyini təlqin etdilər.

Amerika Müdafiə naziri Mark Sper çərşənbə axşamı virtual və məcazi ortamda müxbirlər ilə söhbət edib onların suallarını cavablandırdı. Sper Çin, Cənubi Koreya və Hong Kong kimi ölkələrin koronavirus xəstəliyinə qarşı mübarizədəki təcrübələrinə toxunaraq belə dedi: "Düşünürəm ki, özümüzü ən azı bir neçə aya hazırlamalıyıq."

Amerika gənəlkurmay başçısı Mark Milli də Pentaqon sözçüsünün virtual iclasda əvvəlcədən verildiyi sualları cavablandırdı. O, həmçinin Amerikanın korona virusa yoluxma böhranının 10 və ya 12 həftə sürə biləcəyini proqnoz verdi və öngördü.

Amerika hərbi komandiri əlavə etdi ki coronanın digər ölkələrdəki böhranın Amerikaya təsir edib-etməyəcəyi daha sonra müzakirə ediləcək. Amerikaya təsir edərsə, ehtimal ki, bu epidemiya mayın və ya iyunun sonuna qədər davam edəcəkdir.

Amerikanın iki yüksək səviyyəli hərbi rəsmisi qlobal korona epidemiyasının bəzi ölkələri qeyri-sabitləşdirə biləcəyini, Belə ki, bu qeyri-sabitlik Amerika üçün təhdid hesab oluncağını vurğuladılar.

"Bütün bunlar bəzi ölkələrdə siyasi qarışıqlığa səbəb ola bilər. Ayıq olmalıyıq." dedi General Milli.

Xatırladaq ki İran höhumətinin corona virus problemi ilə yanaşması ölkədə dərin ictimai narazılıqlara səbəb olub. İranda on minlərlə insan Corona virusuna yoluxub və ölkədə hökumət tərəfindən səhv idarəetmə, səhv və yetərsiz məlumat vermə və lazımi tədbirlər görülmədikləri üçün minlərlə insan ölüb.

Bir çox müşahidəçi hesab edir ki, İran hökuməti bu yaranmış corona vəziyyətindən yararlanaraq təhrimlər və sanksiyalardan yaxa qurtarmağa çalışır. Amerika rəsmiləri, o cümlədən prezident Trump və xarici işlər katibi Pompeo dəfələrlə İrana yardım göndərməyi təklif ediblər, lakin İran hakimiyyəti onları rədd edib.

Bir neçə gün əvvəl, bir sıra hökumət rəsmiləri, o cümlədən Xamenei'nin Keyhan qəzetindəki nümayəndəsi Hüseyin Şəriətmədari, Sərhədsiz Həkimləri qrupunu casusluqla ittiham edib onların İrandan qovulmasını tələb etmişdi.

Bu epidemiya beynəlxalq camiəsi ilə əməkdaşlıq və yardımlaşmaq üçün gözəl bir fürsət ola bilərdi, lakin bu fürsəti də boşa çıxararaq İran rejimi Sərhədsiz Həkimləri qovdu və Amerikanın yardım təklifini rədd etdi.

Əhməd Haşimi, Günaz TV-Vaşinqton.


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN