GünazTV March.26.2020: Corono virusu ilə mübarizə aparan Amerika Birləşmiş Ştatlarında hər gün yeni mənzərə ortaya cıxır.

GünazTV March.26.2020: Corono virusu ilə mübarizə  aparan Amerika Birləşmiş Ştatlarında hər gün yeni mənzərə  ortaya  cıxır.

Corono virusu ilə mübarizə  aparan Amerika Birləşmiş Ştatlarında hər gün yeni mənzərə  ortaya  cıxır. Prezident  Donald Truampın 15  gün evlərdə oturmaqla  bağlı təlimatı qüvvədə olsa da, virusun yayıldığı  ştatlardan da fərqli xəbərlər gəlir. Əgər virus əvvəlcə Californiya və Vaşinqton ştatında geniş  yayılmışdırsa, indi  Nyu Yorkdan gələn xəbərlər narahat edicidir. Buda virusa yoluxanların sayı   31min oldu, həyatını itirənlərin sayı isə  285-ə yüksəldi. Nyu York valisi Andryu Cuomo,  senatla hökumətin razılaşmasını şərh edərək, "2 trilyon dollar yardım  yaxşı xəbər deyil, Nyu  York bu virus üzündən  15 milyard dollar  itirəcək deyib.Nyu Yorkda tibb fakultəsinin tələbələrini kömək etmək üçün 3 ay əvvəl məzun ediblər. Manhattandəki  Bellevue xəstəxanasınn morgunun itkilərin artması səbəbi ilə çatmayacağıını düşünərək yeni morglar hazırlayırlar. Bu ştatda  eyni zamanda ağır  cinayətdə adı kecməyən  300 məhkum da azad ediləcək.Nyu Yorkdakı durum Ag evdəkiləri də ciddi narahat edir.

“Biz Nyu York rəsmiləri ilə çoxlu zaman keçiririk. Ora ən qaynar nöqtədir. Məsuliyyətli və narahatedici yerdir. Və Nyu Yorku cətin həftələr gözləyir. Ştat rəhbərliyi əla işləyir. Orda yeni hospitalları hazır  duruma gətiririk.Bu çətin günləri arxada qoymaq üçün səlahiyyətim daxilində əlimdən gələn hər  şeyi edəcəyimi bilməyinizi istəyirəm.Təkcə bu gün ştata 4 min əlavə nəfəs balonu göndərmişik. ”

Virusun iqtisadiyyat  üzərindəki təsirindən narahat olan hökumətin  bu mübarizədə 15 günlük evdən cıxmamqla bağlı təlimatı  var idi. İndi o gün bitmək ərəfəsində olduğu üçün Ağ Evin hansı addımları atacagı sual yaradır. Prezidenti Donald Trump bu gün jurnalistlər qarşısında açıqladıki, müddət  dolduğunda atılacaq adımlarla bağlı tələsik qərar verməyəcək.Ola bilər  bəzi ştatlarda  iş saatları azaldılsın.O, iqtisadiyyatda  yenidən fəaliyyətə başlamağımızı istəməyənlər var, deyərək bununlada  qarşıdakı president seşkisində onun uduzmasına çalışanların olduğunu dedi.Jurnalistlər Cənubi Koreyada hər kəsin test olunması barədə missal gətirdilər.350 milyonluq Amerika xalqı test edilə bilərmi soruşulsa da, Trump bu mənasızdır dedi. Dünya səhiyyə təşkilatının davranışları da Amerikada suallar yaradıb.Çinin lehinə edilən açıqlamalar Vaşinqtonda  hələ uzun müddət  müzakirə  ediləcəyi indidən görünür. Ona ünvanlanan ağır suallardan  yayınmaq istəyən Trump qəflətən doktor Anthony Fauciyə dönərək “bəlkə səni bu siyasi qarışıqlığın içinə indi  daxil edim soruşdu. Doktor Fauci isə,  xeyir belə bir addım atmağnnızı əsla istəmərəm cavabını verdi. Amma o, öz  sahəsinə aid olan istənilən suala cavaba hazır  idi. Çin virusa qalib gələn kimi görünsə də, qonşu ölkələrdən yenidən onlara keçə biləcəyi istisna deyil. O, virusun  mövsümə  görə özəlliyi ola biləcəyindən də danışdı.

“Buna hazırlıqlı olmalıyıq.Cənub yarımkürəsində olan ölkələr qış mövsümünə girənədək, virusun o ərazilərdə  yayılması ola bilər.Bu da mövsümü hal almaga şərait yarada bilər. Buna hazırlıqlı olmaq üçün fəaliyyətimizi davam etdirməliyik. Çünki bu dövr edib yenə dönə bilər.Biz  indi vaksin düzəltməliyik, onu inkisaf etdirməliyik.Testləri genişləndirməliyik. Gələn sezona dərmanlarımız artıq hazır olmalıdır.”

Ag evin senata göndərdiyi 2 tirilyonluq yardım paketinə, qanunverici orqandan şifahi razılıq  gəlib. Senat bu xəbərin Amerika ailələri ücün şad xəbər olacağını hesab edir.

Qənirə Ataş, GünazTV, Vaşinqton


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN