Həbs edilmiş Nuşin Cəfərinin bacısı da saxlanılıb

Həbs edilmiş Nuşin Cəfərinin bacısı da saxlanılıb

GünAz TV: Həbs edilmiş kino və teatr fotoqrafı Nuşin Cəfərinin bacısı Şəhrzad Cəfəri də bu gün səhər saatlarında saxlanılıb.


İran insan haqları fəallarının yaydığı məlumata əsasən, onun hansı orqan tərəfindən saxlandığı və hara aparıldığı barədə məlumat yoxdur.


Onlar bildirirlər ki, təhlükəsizlik qüvvələri bir neçə dəfə Şəhrzad Cəfərini bacısının həbsxanada təzyiqlərə məruz qalması və saxlanma şəraiti ilə bağlı heç bir məlumat yaymamaqla bağlı təhdid ediblər.


Xatırladaq ki, Nuşin Cəfəri avqustun 3-də "Sepah" terror təşkilatının Kəşfiyyat İdarəsi tərəfindən saxlanmışdı.


Bir müddət əvvəl Nuşin Cəfərinin istintaq zamanı rejim əleyhinə fəaliyyət göstərən "Twitter" hesablarından birinin idarəçisi olduğunu etiraf etməsi üçün həbsxanada təzyiqlərə məruz qaldığını əks etdirən səs yazısı yayılmışdı.


Bundan sonra bir çox fəal rejimi yaxın keçmişdə işgəncələr nəticəsində zorla insanların üzərinə etmədikləri cinayəti qoymağın çox nümunəsi olduğundan, bu səs yazısı ilə bağlı araşdırmalar aparmağa çağırmışdı.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN