İran bütün şəhərlərini karantinə alır

İran bütün şəhərlərini karantinə alır

GünAz TV: İran hökuməti koronavirusla mübarizə üçün daha sərt tədbirlər qəbul edib.

 

Bu barədə məlumat yayan İran Daxili İşlər nazirinin müavini Hüseyn Zülfüqari başqa bölgələrdə səyahətdə olan insanları təcili olaraq öz yaşadıqları şəhərlərə qayıtmağa çağırıb. O bildirib ki, artıq heç bir vətəndaş öz yaşadığı şəhərdən kənara səyahət edə bilməyəcək və bu xüsusda planları olanlar onu ləğv etməldiir.


Rəsmi qeyd edib ki, işləri ilə əlaqədar bir şəhərdən digərinə getməyə məcbur olan fəhlələr və ya dövlət qurumlarının əməkdaşlarına gediş-gəliş üçün icazə vərəqələri veriləcək. Onlardan savayı, heç kim bu haqqa sahib olmayacaq.

 

Hüseyn Zülfüqari sonda əlavə edib ki, qaydalara tabe olmayanların avtomobilləri müvəqqəti saxlama dayanacaqlarına aparılacaq, özləri isə cərimə ediləcəklər.


Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN