İran Ceyson Rzaiyana 180 milyon dollar təzminat ödəməyə məhkum edilib

2019-11-23 16:57

GünAz TV: Amerikanın Federal Məhkəmələrindən biri İranı Ceyson Rzaiyana 180 milyon dollar ödəməyə məhkum edilib.

 

Qərara əsasən, rəsmi Tehran jurnalist kimi fəaliyyət göstərən Rzaiyan və xanımını həbs etməklə, ona və ailəsinə vurduğu mənəvi zərərlərə görə təzminat ödəməlidir.

 

“Amerika Birləşmiş Ştatları ilə aparılan müzakirələrə təsir göstərmək üçün 1 insanı əsir götürmək və ona işgəncə vermək rüsvayçılıqdır. Belə mexanizmi tətbiq edənlər cəzalandırılmalı və onların bu addımlarının qarşısının alınması üçün tədbirlər görülməlidir”, - deyə məhkəmə qərarında vurğulanır.

 

Bu məbləğdən 24 milyonu Ceyson Rzaiyanın özünə, 3 milyonu anasına, 3 milyonu qardaşına və 150 milyon dolları ümumi olaraq ailəyə verilməlidir.

 

Qərarda qeyd edilir ki, Rzaiyan həbsxanada olan dövrdə tibbi xidmətdən məhrum edilib, edamla təhdid edilib, eləcə də digər psixoloji təzyiq və işgəncələrə məruz qalıb.

 

 

Xatırladaq ki, İran əsilli amerikalı Ceyson Rzaiyan İranda jurnalist kimi fəaliyyət göstərdiyi zaman, 2014-cü ilin iyul ayının 22-də, Tehranda yerləşən mənzilində xanımı Yeganə Salehi ilə birlikdə saxlanılıb, Evin həbsxanasında aparılmışdı. Xanım Salehi 2 ay yarımdan sonra azadlığa buraxılsa da, Rzaiyan “casusluq” və “milli təhlükəsizlik əleyhinə fəaliyyət” ittihamları ilə həbsdə saxlanılmışdı.

 

Jurnalist 2015-ci ildə rəsmi Tehranla 5+1 ölkələri arasında nüvə razılaşmasının imzalanmasında 2 gün sonra Amerikada məhkumluq həyatı yaşayan bir neçə İran əsilli şəxsin sərbəst buraxılması qarşısında 18 aydan sonra azadlığa qovuşmuşdu.

 

Ceyson Rzaiyan qanunsuz həbsi, habelə ona dəymiş mənəvi və fiziki zərərlərə görə, 2018-ci ildə İrandan Vaşinqton məhkəməsinə şikayət etmişdi. Yanvar ayında məhkəmə iclaslarının keçirilməsinə rəğmən, rəsmi Tehran hələ ki, onun bu şikayətinə münasibət bildirməyib.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Aug.08.2020: “ İran , Çin və Rusiya Amerikadakı seçkilərə müdaxilə etmək üçün fəaliyyətdədir”

2020-08-08

gun az article

Amerika İran, Rusiya və Çinin prezident seçkilərinə müdaxilə ehtimalı ilə bağlı xəbərdarlıq yayıb

2020-08-08

gun az article

İranın Kiş adasının imam-cüməsi koronavirusdan ölüb

2020-08-08

gun az article

İranda daha 2125 nəfər koronavirusa yoluxub, 132 xəstə vəfat edib

2020-08-08

gun az article

Tramp: "Seçkilərdən qalib gəlsəm, tez bir zamanda İranla razılaşma əldə ediləcək"

2020-08-08

gun az article

Tehranda ərəb ata və qız güllələnərək qətlə yetirilib

2020-08-08

gun az article

GünazTV Aug.07.2020: Makronun Beyrutu ziyarət sırasında Hizbullah əleyhinə şüarlar səsləndirildi

2020-08-07

gun az article

GünazTV Aug.07.2020: “Coronavirus üçün peyvənd 3 Noyabırdan əvvəl bazarda ola bilər!”

2020-08-07

gun az article

İran B.Hukun isefasına reaksiya verdi: “ABŞ-ın maksimum təzyiq kampaniyası məğlubiyyətə uğrayıb”

2020-08-07

gun az article

İranın Sərgəz şəhərində 4.8 bal gücündə zəlzələ olub

2020-08-07

gun az article

İranda daha 156 nəfər koronavirusdan ölüb, 2450 nəfər pandemiya xəstəliyinə yoluxub

2020-08-07

gun az article

Abbas Musavi: "İran Livanla Beyrut limanının yenidən qurulması üçün əməkdaşlığa hazırdır"

2020-08-07

gun az article

ABŞ Dövlət Departamentinin İran üzrə məsulu Brayan Huk istefa verib

2020-08-07

gun az article

Kelli Kraft: "İran rejimi dünyada 1 nömrəli terror himayəçisidir"

2020-08-07

gun az article

İranın Kərəc şəhərində daha 9 bəhai həbsə məhkum edilib

2020-08-07

gun az article

İranın Rəşt şəhərində daha 1 məhkum edam edilib

2020-08-07

gun az article

Amerikanın İrana ixracatı yarıdan da aşağı enib

2020-08-07

gun az article

İran səfiri Ermənistanın Yüksək Texnologiyalar naziri ilə görüşüb

2020-08-07

gun az article

İranda bu dəfə böyük ferma yanıb- VİDEO

2020-08-06

gun az article

GünazTV Aug.06.2020: Əli Mütəhərinin İran rejiminin Çinin müsəlmanların soyqırımı siyasətini dəstəkləməsinə qarşı yenidən etirazına reaksiyalar

2020-08-06